Azərbaycanda alimentin məbləği artırılır
2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq.
azxeber.com modern.az-a istinadla bildirir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda söyləyib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.

Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Gürcüstanda oxumaq üçün qaydalar dəyişir
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi