Azərbaycanda aqrar subsidiyaların verilməsinə dair mexanizm sadələşdirilib

Azərbaycanda aqrar subsidiyaların verilməsinə dair mexanizm sadələşdirilibNazirlər Kabineti subsidiyaların verilməsinin təkmilləşdirilməsini nəzərdə tutan 518 №-li qərarın izahını verib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, 518 nömrəli qərar Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırıqların icrasını təmin edir.
Həmin qərarla edilmiş dəyişikliklər subsidiyaların verilməsində sabitliyi, davamlılığı və sadəliyi nəzərdə tutur.
Belə ki, əvvəlki qaydaya əsasən, hər bir kənd təsərrüfatı məhsulu üçün ayrılıqda subsidiya verilirdi və hər bir subsidiya üçün zərurət yarandıqca birdəfəlik sərəncamlar imzalanırdı. Məsələn, bitkiçilik üzrə sərəncam imzalanır və fermerə hər hektara görə 100 manat civarında birdəfəlik subsidiya ödənilirdi. Eynilə heyvandarlıq, arıçılıq və balıqçılıq təsərrüfatları üçün də ayrıca sərəncamlar imzalanırdı. Tütünçülük və pambıqçılıq isə ümumiyyətlə bu siyahıya aid deyildi.
İndi isə vahid qayda təsdiq edildikdən sonra 1) hər sahə üzrə ayrıca sərəncam imzalanması ilə yanaşı, 2) vaxtaşırı yeni sərəncam imzalanması zərurəti də aradan qalxır, 3) nəhayət, tütün və pambıqçılıq da bu siyahıya daxil edilir. Başqa sözlə, hər sahə üzrə ayrılıqda və hər dəfə təkrar sərəncamlar imzalanmasına ehtiyac qalmır. Nəticədə birdəfəlik olaraq bütün sahələri əhatə edən mexanizm qurulur, normayaratmada təkrarçılıq aradan qaldırılır və mütəmadi xarakterli vahid sistem yaradılır.
Qərara əsasən plastik kartların verilməsində də yeni, daha sabit və daha uzunmüddətli bir mexanizm formalaşdırılır.
İndiyədək subsidiyaların ödənildiyi üçillik plastik kartlar yalnız bitkiçilik, o cümlədən tütün və pambıq istehsalçılarına verilirdi. Heyvandarlıq sahəsində çalışanlar isə üçillik kartlarla təmin edilmirdilər. Yeni vahid qayda bitkiçiliklə yanaşı, heyvandarlıqla məşğul olan fermerlərə də subsidiyaların ödənilməsi üçün üçillik plastik kartlarının verilməsini nəzərdə tutur. Bu heyvandarlıq sahəsində çalışanlara dövlət dəstəyinin sabitliyini və sadələyini təmin edir.
Üçüncü mühüm məqam isə ondan ibarətdir ki, buna qədər fermerlər plastik kartları almaq üçün hər birinə ayrılıqda olmaqla, Kənd Təsərrüfatı Nazirliyinə və Maliyyə Nazirliyinə, yəni iki instansiyaya müraciət edirdilər. İndi isə yalnız bir instansiyaya - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edəcəklər. Nəticə etibarılə vaxta qənaət edilir, əlavə kargüzarlığa və xərclərə ehtiyac olmur.
Bu yeni vahid Qayda:
- pambıqçılıq, tütünçülük və heyvandarlıq sahəsində çalışanlara dövlət dəstəyinin mütəmadi mexanizmlərini yaradır;
- kənd təsərrüfatına dövlət dəstəyini gücləndirir;
- sabit və proqnozlaşdırılması asan olan dövlət dəstəyi mexanizmini formalaşdırır;
- subsidiya prosesində sənədləşməni sadələşdirir;
- fermerlər üçün 3 il müddətinə öz təsərrüfatları ilə bağlı aydın təsəvvür edilən biznes plan qurmaq imkanı yaradır;
- bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində sərmayə riskini azaldır;
- dövlətin 3 il müddətində zəmanətli dəstəyi ilə əlavə investisiya cəlb edilməsi üçün əlverişli mühit formalaşdırır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 08 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler cəbhədən son vəziyyət şou biznes xəbərləri valyuta mezennesi