Azərbaycanda az maliyyə tələb edən "sıfır riskli" biznes sahələri hansılardır? - Ekspertlərdən ÖNƏMLİ MƏSLƏHƏTLƏR

Azərbaycanda az maliyyə tələb edən Kiçik sərmayə ilə minimum riskli iş qurmaq ideyası həmişə aktual olub. Müxtəlif zamanlarda bununla bağlı araşdırmalar da aparılıb. Amma unutmaq olmaz ki, az riskli iqtisadi layihələr ölkələrə görə dəyişir.
Maraqlıdır, bəs Azərbaycanda minimum vəsaitlə riski az olan biznes sahələri hansılardır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, risksiz biznes olmur və dünyada sıfır riskli biznes növü mövcud deyil:
Azərbaycanda az maliyyə tələb edən "Unudulmamalıdır ki, istənilən biznesin riskləri var. Amma riski nisbətən az olan biznes və xidmət sahələri də yox deyil. Azərbaycanda kafe-restoranlar, çayxanalar, coffe shoplar, kofe satış nöqtələri, avtoyuma, avtomobillərin ehtiyyat hissələrinin satılması kimi biznes növləri daha az risk daşıyır".
Digər müsahibimiz iqtisadçı ekspert Xalid Kərimli isə Azərbaycandakı biznes riskləri ilə Amerika və ya Avropadakı biznes riskləri arasında çox ciddi fərqlərin olduğunu deyir:
Azərbaycanda az maliyyə tələb edən "Azərbaycanda risk daha çoxdur. Ümumiyyətlə, inkişaf etməkdə olan ölklələrin və ya zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatları və biznesləri daha riskli hesab olunur. Ən sadə misal kimi təklif edilən kredit faizlərini göstərə bilərik. Avropada kredit faizi 7-8 faiz olsa da, Azərbaycanda bu göstərici 15 faizdir. Yəni Avropadakı göstəricidən 2-3 dəfə daha artıqdır".
Müsahibimizin sözlərinə görə, Azərbaycanda həm valyuta, həm idarəçilik, həm inzibatçılıq, həm də rəqabət riski var:
"Az riskli biznes sahələri, əlbəttə, var. Amma onların gəlirləri də azdır. Həm riski az, həm gəliri çox sahələr müvəqqəti ola bilər. Azərbaycanda insanlar riski az, gəliri çox olan sahələrə sərmayə yatırır deyə, ümumi gəlir mənbəyi də azalır. Məsələn, binanın alt hissəsində biri mağaza açır, müştərilər qazanır. Başqa biri də düşünür ki, yaxınlıqda boş yer var, qarşıdakı qaz vurub, qazan doldurur, mən də bu sahəyə baş vurum. Həmin mağazanın yanında yeni bir mağaza açılır, onun yanında daha bir yenisi açılır və bu zaman gəlir kəskin şəkildə aşağı düşür. Sərmayəçilər riski çox, gəliri az olan sahələrə pul yatırmaq istəmir. Azərbaycanda az riskli sahələr isə daşınmaz əmlak investisiyaları öndədir. Yəni pulu olanların əksəriyyəti mənzil və torpaq sahələri alıb saxlamağa üstünlük verirlər".
İqtisadçı eskpert Sakit Məmmədov da risksiz biznes anlayışının yanlış olduğunu düşünür:
"Bəzən sahibkarlarlar kağız üzərində "sıfır riskli" iş planı cızır və bu planı reallaşdırarkən onu batırırlar. Odur ki, istənilən biznesin bütün təfərrüatların nəzərə alındığı planı olmalı, mümkün risklər göz önünə gətirilməlidir. Restoran, əyləncə, qida sektoru, həm də kənd təsərrüfat sektorlarında planlı iş qurub uğur qazanmaq mümkündür".
Mədinə Useynova
KONKRET.az

Sosial       Tarix: 11 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri beynelxalq bank mezenne kriminal xeberler valyuta mezennesi banklar