Ərdoğanın adamı bu sözü dedi, sonra Ermənistana KEÇDİ
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə nümayəndəsi Serdar Kılıçın ötən gün İrəvana səfəri öncəsi mətbuata açıqlaması ermənilər arasında rezonans doğurub.
KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, erməni iranşünas Vardan Voskanyan Kılıçın Zəngəzuru Ermənistan qanunvericiliyində olduğu kimi "Sünik" adlandırmamasına diqqət çəkib.
Voskanyan Kılıçın yolu "Zəngəzur xətti" adlandırdığını bildirib:
"Türkiyə nümayəndəsi İğdırda verdiyi müsahibədə Sünik yox, Zəngəzur dedi. Yolun fəaliyyətinin Türkiyənin Mərkəzi Asiya ölkələri ilə əlaqəsinin vacibliyini vurğuladı. Maraqlıdır ki, Kılıç hətta Vaşinqtonun verdiyi "Tramp yolu" adını da qeyd etdi, amma Sünik demədi".
Qeyd edək ki, sentyabrın 12-də Serdar Kılıç Marqara sərhəd məntəqəsi vasitəsilə Ermənistana səfər edib. İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binasında bu ölkənin Türkiyə ilə münasibətlərin normallaşması üzrə nümayəndəsi Ruben Rubinyanla müzakirə aparıb.
Xatırladaq ki, Serdar Kılıç 2022-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Ermənistanla münasibətlər üzrə nümayəndə təyin edilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib