Azərbaycanda bal niyə bahalaşıb? - AÇIQLAMA
Azərbaycanda balın qiymətinin artması dünyada baş verən bahalıqla bağlıdır.
Bunu Trend-ə "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə son 10 ildə balın qiyməti dəyişməmişdi.
"Balın qiyməti çox bahalaşmayıb. Əgər ötən il balın 1 kiloqramını orta hesabla 25 manata almaq mümkün idisə, bu il qiymət 30 manatdır. Qiymət artımının əsas səbəbi bal istehsalı üçün lazım olan ləvazimatların bahalaşması ilə əlaqədardır. Belə ki, arıçılıqda istifadə olunan alətlər, arılara verilən dərmanların hamısı ölkəmizə Türkiyə və Rusiyadan gətirilir. Dünyada baş verən qiymət artımı fonunda arıçılıqda istifadə olunan məhsulların qiymətləri xarici ölkələrdə də artıb",- B.Həsrətov bildirib.
O bildirib ki, bahalaşmanın digər səbəblərindən biri də Ukrayna müharibəsidir:
"Müharibədən əvvəl ölkəmizə kifayət qədər arıçılıq avadanlıqları gəlirdi. İndi bu proses dayanıb. Daşınma xərclərini də nəzərə alanda qiymət artımı qaçılmaz olur", - deyə B.Həsrətov bildirib. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var