Azərbaycanda banklar arasında köçürmə etmək niyə bahadır? - EKSPERT İZAH EDİR
Azərbaycanda bir bankın kartından digər bankın kartına pul köçürən zaman ciddi məbləğdə komissiya haqqı tutulur.
Bir çox hallarda vətəndaşlar bu məsələ ilə bağlı sosial şəbəkələrdən müraciətlər ünvanlasalar da, konkret cavab almaq mümkün olmur.
Bəs, bunun səbəbi nədir?
Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı azxeber.com-a açıqlamasında bu faktı belə izah edib:
"Təkcə bizdə deyil, Avropa ölkələrində də komissiya haqqı yüksəkdir. Çünki bu bir xidmət növüdür. Hər bir halda bank bu prosesə vaxtını sərf edir. Eyni zamanda işçi qüvvəsini sərf edir. Buna görə komissiya haqqı tutulması normaldır. Ancaq əsas məsələ komissiya haqqının məbləği ilə bağlıdır. Həqiqət odur ki, bəzilərində çoxdur, bəzilərin də azdır. Hər bir halda bu da bank üçün işdir. Doğrudur, bəzi bankalar var ki, komissiya haqqı tutmur. Ona daha çox maraqlı vətəndaşın onda pul saxlamasıdır".
Əkrəm Həsənov qeyd edib ki, bu mövcüd qanunvericiliyə görə bankla müştəri arasında olan münasibətdir:
"Vətəndaşların narazılığı anlaşılandır. Amma bu məsələ qanunvericiliyə uyğundur. Müştəri artıq özü təyin etməlidir. Hansı bankda komissiya azdır, hansında çox".
Şəbnəm Zahir
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib