Azərbaycanda banklara qarşı kiber cinayətlər törədən Bolqarıstan vətəndaşları tutuldu

Azərbaycanda banklara qarşı kiber cinayətlər törədən Bolqarıstan vətəndaşları tutulduMüasir dövrümüzdə yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinin genişlənməsindən çox təəssüf ki, müxtəliftransmilli cinayətkar şəbəkələrin üzvləri də öz çirkin niyyətləri üçün istifadə etməyə çalışırlar.
Daxili İşlər Nazirliyindən Open.az-a verilən məlumata görə, bu cəhdlərin Azərbaycan Respublikasının ərazisində qarşısının alınması məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən də daim qabaqlayıcı tədbirlər görülür.
Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu belə əməliyyat-texniki tədbir zamanı ölkə ərazisində bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları Stoychev Marian Nikolov və Mladenov Vladislav Tsvetanov Bakı şəhəri ərazisində saxlanılıblar.
Araşdırma zamanı müəyyən olunub ki, adları çəkilən şəxslər kibercinayətkarlıqda istifadə olunan xüsusi qurğular, eləcə də mikrosxemlər və digər ləvazimatlar vasitəsi ilə paytaxt ərazisində müxtəlif banklara məxsus bankomatlara müdaxilələr ediblər. Cari ilin fevral və mart aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat aparatlarına müdaxilələr edərək külli miqdarda pul vəsaitlərini mənimsəməyə cəhd göstəriblər. Onlar bankomat aparatlarının kart oxuyucu hissəsinə xüsusi qurğular yerləşdirərək bu yolla müştərilərə məxsus kartların PİN kodlarıbarədə məlumatları əldə ediblər və kartların qeydiyyatını aparıblar.
Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kart məlumatlarını tam və hərtərəfli öyrəndikdən sonra hesablardakı pulları transmilli mütəşəkkil cinayətkar dəstənin Avropa ölkələrindəki digər üzvləri ilə birgə xarici banklarda saxta sənədlər əsasında açdıqları hesablara köçürəcəkmişlər. Lakin Baş İdarə əməkdaşlarının xüsusi peşəkarlıqla həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı vaxtında alınıb.
Həmin şəxslərin paytaxt ərazisində kirayə yaşadığı mənzilə baxış zamanı çoxsaylı elektron məlumat daşıyıcıları, bank kartlarından məlumatları ələ keçirmək üçün qurğular, bankomatlara quraşdırılması nəzərdə tutulmuş xüsusi avadanlıqlar, noutbuklar, müdaxilə etdikləri bankomatların yerləşdiyi ərazilərin siyahısı və sxemləri, eləcə də sair maddi sübutlar aşkar olunaraq götürülüb. Qrup üzvləri bankomatlara müdaxilələr etmək üçün əldə etdikləri xüsusi qurğuları ətrafdakı insanlarda şübhə oyatmamaq üçün daim özləri ilə gəzdirdikləri səsgücləndiricinin içində gizlədiblər.
Qeyd edək ki, Baş İdarədə Marian Stoychev və Vladislav Mladenovun paytaxt ərazisindəki bütün hərəkət trayektoriyaları, müdaxilə etdikləri bankomatlar və əlaqədə olduqları şəxslərin əhatə dairəsi hərtərəfli araşdırılıb.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 272.3, 177.2.3-1 və 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq M.Stoychev və V.Mladenov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Transmilli mütəşəkkil cinayətkar şəbəkənin Avropa ölkələrindəkiəlaqələrinin müəyyən olunması, həmçinin saxlanılan şəxlərin digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 25 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Avtomobil körpüdən aşdı - Xəsarət alanlar var

Gədəbəy rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində, körpüdə qeydə alınıb. Hərəkətdə olan "Mercedes"

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Madridin oyuncaq mağazalarının birində satışa çıxarılan yeni oyun seti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. -ın məlumatına görə, Avropada yaşayan həmyerlimizin "Facebook"da paylaşdığı təsvirlərdə Azərbayca

ƏƏSMN-in əməkdaşı ürəktutmasından vəfat etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirliyin İqtisadiyyat şöbəsinin müdir müavini Ruslan Şahvəli oğlu Əliyev dünyasını dəyişib. Məlumat

Tehranın yaxınlığında zəlzələ oldu

Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib. xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikd

39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı

Samuxda 39 yaşlı qadın bıçaqlanıb.  "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib

Yubileyinə iki gün qalmış dünyasını dəyişdi

Bakının Xətai rayonunda yerləşən 17 nömrəli məktəbin müəllimi dünyasını dəyişib. xəbər verir ki, bu barədə məktəbin səhifəsində məlumat paylaşılıb. Qeyd edilib ki, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevinc Məmmədov

Mərmərə dənizində Türkiyə bayraqlı gəmi toqquşdu - biri batdı

Silivri sahillərində batan gəmidən hələlik sağ çıxan yoxdur. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Uraloğlu qeyd edib ki, qəza ilə bağlı ilk çağırı

Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb. xəbər verir ki, hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb. Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onu

Azərbaycan millisinin məşqçisi vəfat etdi

Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib. Azərbaycan Güləş Federasiyasından -a bildirilib ki, 67 yaşlı Əməkdar məşqçi bu gün dünyasını dəyişib. 1959-cu il fevralın 1-də Ağsu rayonund


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat sonxəbər son xeberler bu gun bugünki xəbərlər