Azərbaycanda bərpa olunan enerji sahəsi üzrə qanun layihəsi razılaşdırma mərhələsindədir

Azərbaycanda bərpa olunan enerji sahəsi üzrə qanun layihəsi razılaşdırma mərhələsindədirAzərbaycan Respublikası Prezidentinin "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" 05 dekabr 2019-cu il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.
Energetika Nazirliyindən Open.az-a verilən məlumata görə, Komissiyanın sədri, Energetika naziri Pərviz Şahbazov dövlət başçısı tərəfindən verilmiş tapşırıqların, Sərəncamdan irəli gələn vəzifələrin qısa müddətdə icra edilməsinin əsas hədəf olduğunu deyib. Nazir bərpa olunan enerji mənbələrindən istifadə sahəsində Energetika Nazirliyi tərəfindən son bir ildə görülən işlər barədə məlumat verib. Bldirilib ki, bu sahənin inkişafı üçün özəl sektorun cəlbi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq təcrübə öyrənilib, 9 beynəlxalq şirkətlə əməkdaşlıq sənədləri imzalanıb. Ölkədə bərpa olunan enerji sahəsi üzrə mövcud şərait qiymətləndirilib, investorların maraqları nəzərə alınmaqla qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir. Beynəlxalq şirkətlərin verdikləri təkliflər dəyərləndirilib.
İclasda gündəlikdə duran məsələlər və görüləcək işlər müzakirə edilib. Tədbirlər üzrə 5 işçi qrupu yaradılıb. Eyni zamanda, investorlarla beynəlxalq təcrübə nəzərə alınmaqla yerli qanunvericilik şərtlərinə uyğun müqavilələrin hazırlanması ilə bağlı hüquqi, institusional məsələlər üzrə də işçi qrupunun yaradılması təklif edilib.
Tədbirlərin Sərəncamda nəzərdə tutulan müddətlərdə icrası məqsədilə müvafiq təkliflərin vaxtında təqdim edilməsi işçi qruplarına tövsiyə edilib. /open.az

Hadisə       Tarix: 12 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . -a istinadə

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Ceyranbatanda 10 şagird zəhərləndi

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur. Hazırda məktəb ərazisinə təcili yardım briqadas

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Bakıda ağır qəza: ölən var

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb. xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Bahəddin Əfqan oğlu Nəcəfzadə idarə etdiyi "Lada Granta" markal

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib


son xeberler azerbaycan xeberleri yeni xeberler dunya xeberleri cəbhədən son xəbərlər cebheden xeberler son.xeber