Azərbaycanda boşanmalar niyə artıb? - Psixoloq səbəbi açıqladı

Azərbaycanda boşanmalar niyə artıb? - Psixoloq səbəbi açıqladıazxeber.com-un müsahibi psixoloq Aygül Məlikovadır.
- Azərbaycanda günü-gündən boşanmaların sayının artır. Sizcə, insanlar niyə yola gedə bilmirlər?
- Ümumiyyətlə, ailə periodunun qızıl dönəmi ilk 5 il sayılır. Ona görə ki, ər-arvad fərqli ailələrdə yetişib, fərqli tərbiyə alırlar. Bəzən onların sözü bir-birinin boğazından keçmir. Bunun mənşəyində ailələrimiz dayanır. Ailələrimiz bizi o qədər yönləndirir ki, özümüz ailə həyatı quranda düzgün qərarlar verməyi bacarmırıq. Belə hallar yaşandığı təqdirdə gənclərin bir-birinə qarşı olan münasibəti dəyişir və bu kimi hallar boşanmalara səbəb olur. Cütlüklər bir-birlərinin qəlbini qıra biləcək cümlələrdən istifadə etməyə başlayırlar.
- Boşanmaların sayının azalması üçün hansı tədbirləri görmək lazımdır?
- Təməl olaraq cütlük terapiyaları və ailə terapiyaları var. Evlənməzdən öncə, evlilik dönəmində və yaxud artıq boşanmaya doğru irəliləyən zamanda ailə terapiyasından yararlanmaq cütlüklər üçün arzuolunandır. Ailə həyatı qurmağa hazırlaşan gənclər travmalarından azad olub, nə istədiklərini bilərək ailə həyatı qursalar, evlilikləri daha sağlam şəkildə irəliləyər. Təəssüflər olsun ki, insanların əksəriyyəti boşanma həddinə çatana qədər və ya boşanandan sonra psixoloqa müraciət edirlər. Halbuki evlilik dönəmində nəyinsə düzgün yolunda getmədiyini hiss etdikdə psixoloqa müraciət etmək, boşanma riskini azaldır.
- Bir deyim var ki "övlad olduqdan sonra sevgi bitir". Bu deyimə münasibətiniz necədir?
- Uşaq dünyaya gələndən sonra biz valideynlər bəzən həyatımızın mərkəzinə övladımızı qoyuruq. Bu zaman valideyn öz duyğu kopyalanmasını övladına keçirmiş olur. Bu o deməkdir ki, vaxtında öhdəsindən gələ bilmədiyi işləri, övladının öhdəsindən gələ biləcəyini düşünür. Özü edə bilmədiyi işi uşağa yükləyən valideynlər arasında isə sonradan söz-söhbət yaranır. Digər aspektdən baxsaq bütün diqqət uşağa yönləndiriləndə qarşı tərəf düşünür ki, həyat yoldaşım artıq kifayət qədər məni sevmir, qısqanmır və s. bunlar da münasibətin soyumasına və evliliyin bitməsinə səbəb olur.
- İdeal ailə modelinin yaranması üçün hansı amillər əsasdır?
- Ümumiyyətlə ideal heç nə olmadığı kimi "İdeal ailə modeli" da olmur. İdeal ailə modeli əvəzinə nisbətən arzuolunan ailə fiquru desək, daha düzgün olar. Ailə fiquru dedikdə adətən bir-birini anlayışla qarşılayan və övladını tərbiyə edərkən bir-birlərinə hörmətlə yanaşan cütlüklərin olması nəzərdə tutulur. Belə cütlüklər evlilikdə qarşı tərəfin istəklərini, nə düşündüklərini diqqətə alırlar. Mənəvi diqqət və mənəvi sevgini daha çox hiss etdirirlər. Evliliklərin bitməsinin bir başqa səbəbi də ər-arvadın bir-birini dinləməməsi, bir-birilərinin fikrinə hörmət etməməsidir.
- Ailənin dağılmasının uşaqda çox travma yaratmaması üçün nə etmək lazımdır?
- Statistika göstəricisinə görə, boşanmış ailələrin uşaqlarında yarımçıq ailə tipi olduğuna görə belə uşaqlar istənilməmə duyğusuna qapılır və tərkedilmə qorxusu yüksək olur. Bu da onların gələcəkdəki münasibətlərinə mənfi təsir göstərir. Həmçinin öz yaşıdlarına olan aqresiyaları daha çox olur. Çünki onlar düşünürlər ki, dostlarının ailəsi var amma onların ailəsi yanlarında deyil. Bəzən günahkarlıq duyğusu yaşayırlar. "Görəsən mənə görə mi ayrıldılar, mən mi səbəb oldum" kimi suallar onları düşündürür. Boşanmalar olandan sonra bir çox ana ataya qarşı, ata isə anaya qarşı övladını soyudur. Nəticədə uşaq aqressiv şəkildə böyüyür və uşaqda ailə məhfumu, ailə istəyi tam şəkildə formalaşa bilmir.
Oksana Orucova

Sosial       Tarix: 12 oktyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video axsam az xeberler son xeber meherremlik 2026