Azərbaycanda boşanmalar niyə artır?

Azərbaycanda boşanmalar niyə artır?Ailə quran gənclərin 40-50 faizinin münasibətlərində hələ sevgili və nişanlı olduqları dövrdən problemlər yaranır.
Problemlər bəzən o səviyyəyə çatır ki, gənclər sırf nişan qayıtmasın deyə ailə qururlar və bir müddət sonra bu ailə dağılır.
Bu fikirləri Sputnik Azərbaycan-a Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) ölkədə ailələrin vəziyyətinə dair açıqladığı son statistikanı şərh edərkən psixoloq Zeynəb Eyyubova deyib.
DSK-nın məlumatına görə, 2020-ci ilin yanvar-may aylarında qeydiyyat şöbələri tərəfindən 15 min 334 nikaha daxil olma qeydə alınıb. Bu dövrdə 5788 boşanma halı baş verib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,7, boşanmaların sayı isə 1,4 olub.
Beş aya 6 minə yaxın boşanma kifayət qədər böyük rəqəmdir. Əvvələr mütəxəssislər hesab edirdilər ki, boşanmalara səbəb əsasən sosial-iqtisadi problemlər, məişət qayğıları, xarakterlərin uyğun gəlməməsidir. İndi bu sıraya pandemiya dövrü də daxil edilib.
Psixoloq Zeynəb Eyyubova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son zamanlar ailələr düzgün meyarlar əsasında qurulmur. Gənclər hələ sevgili və nişanlı olanda ciddi ixtilaflar yaşayırlar. Sonra da ailə qurmaq xatirinə evlənirlər ki, bu da qısa müddətdən sonra boşanmaya gətirib çıxarır.
Psixoloqun fikrincə, ayrılığa ikinci səbəb kişilərin qadınlarına sahib çıxa bilməməsidir: "Söhbət xəyanətdən getmir. Xəyanət onsuz da hər zaman olub. Amma bu gün kişilərimizin əksəriyyəti ailələrilə bağlı öhdəlikləri yerinə yetirə bilmirlər. Kənarda rahatlıq axtarır və bu rahatlığın adını sevgi, dostluq və s. qoyurlar. Kənarda olan qadının problemlərini özləri həll etmədikləri üçün, evdəki qadın onlara problemli görünür. Ona görə də kənardakı qadın onlara rahatlıq gətirir. Bu səbəbdən də qadınlarımız əvvəlki illərlə müqayisədə boşanmağa daha çox meyllidirlər. Xəyanəti bağışlamırlar və ailələr dağılır".
Ekspertin fikrincə, bu gün ailə qurmazdan əvvəl gənclər psixoloqlarla məsləhətləşməlidirlər. Bəzi insan tipləri var ki, bir-birinə heç uyğun deyil, amma ailə qururlar və bu ittifaq qısa müddətdən sonra dağılır.
Psixoloqun fikrincə, boşanmaların artmasının digər səbəbi isə pandemiya dövrüdür. Çünki əvvəllər kişilər evdə çox olmur, məişət problemlərinin içinə bu qədər girmirdilər.
"Pandemiya dövründə kişilər evdə çox olduğu üçün məişət problemləri artdı, qayğılar çoxaldı. Buna paralel olaraq, ailədaxili problemlərin də sayı artdı", - deyə Z.Eyyubova bildirib.
Ekspert hesab edir ki, ailələrin dağılmasının digər səbəbkarı isə valideynlərdir: "On il bundan əvvəlki toy videolarına baxın. Atalar deyirdi ki, "get, səbrli ol, o evə ağ gəlinliklə getmisən, ağ kəfənlə çıx". İndi isə videoçarxlar hazırlanır, valideyn deyir ki, "sən çağır, atan hazır". Burada söhbət atanın övladının arxasında durmasından getmir. Sadəcə, bu arxayınlıq qızlara yeni düşdükləri ailəyə adaptasiya olmağa maneəçilik yaradır".
Z.Eyyubova ailədə olan maddi sıxıntıların da ailədaxili problemlərə yol açdığını istina etmir. O, bəzi ailələrdə qadınların maddi sıxıntı səbəbindən xəyanət etdiyini də deyib.
Sosial işçi Təranə Məmmədova isə hesab edir ki, son dövrlərdə boşanmaların artmasına səbəb məhz pandemiyadır. Onun fikrincə, hər il minlərlə ailə müxtəlif səbəblərdən dağılır. Belə böyük artıma səbəb isə son dövrlərin insanlara yaşatdığı mənəvi sıxıntılardır.
"Evdə qalmaq, iş yerlərinin fəaliyyətini dayandırması, maddi sıxıntıların olması insanları psixoloji baxımdan gərginləşdirib. Bu gərginlik isə ailədaxili münasibətlərə təsir edir. Evdə çatışmazlıqlar, tələblər və ehtiyaclar, aqressiya son nəticədə boşanma ilə başa çatır", - deyən Məmmədova insanların əvvəllər də buna bənzər sıxıntılar yaşadığını, lakin müasir texnologiyalar dövrünün insanının dözümsüz olduğunu vurğulayıb.
"Ailənin qorunması üçün həm kişi, həm də qadın çalışmalıdır. Amma internet dövründə tanış olmaq, daha yaxşısını tapa bilmək imkanları geniş olduğundan, insanlar ailəni qorumaq barədə düşünmürlər", - ekspert əlavə edib.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 18 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər valyuta mezennesi 2026 sonxeber xeber.az 2026