Azərbaycanda bu bankın bütün bankomatları fəaliyyətini dondurub
"Muğan Bank" ASC-nin ölkə üzrə bütün bankomatları oktyabrın 17-dən etibarən fəaliyyətini dayandırıb.
azxeber.com Apa-ya istinadən xəbər verir ki, əldə edilən məlumata görə, pul vəsaitini hazırda digər banklara aid bankomatlar vasitəsilə nağdlaşdırmaq mümkündür.
Bankdan isə APA-a bildirilib ki, bankomatların fəaliyyətini dayandırması sistem yenilənməsinin aparılması ilə bağlıdır. Qeyd edilib ki, həftə sonundan etibarən bankomatlar yenidən fəaliyyətini bərpa edəcək.
Bankdan, həmçinin əlavə edilib ki, yeni verilən qərarla təminatsız nağd pul kreditinin verilişi dayandırılıb. Kreditlər yalnız lombard krediti, mənzil təminatlı nağd kredit və pensiya krediti şəklində verilir. Mənzil təminatlı nağd kreditlər isə Bakı, Abşeron və Sumqayıtda yerləşən mənzillərə aid edilir.
Qeyd edək ki, 2023-cü ilin III rübü üzrə maliyyə hesabatına əsasən, "Muğan Bank"ın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 139 milyon 687 min manat azalıb. Belə ki, 2023-cü ilin yanvar ayının 1-nə bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 169 milyon 608 min manat təşkil edibsə, cari ilin oktyabr ayının 1-nə bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 29 milyon 921 min manata kimi azalıb.
Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 40%-i Munir Vəliyevə, 33,85%-i Samir Vəliyevə, 16,27%-i Vəfa Vəliyevaya, 9,22%-i Fəridə Mehdiyevaya, 0,66%-i isə Elmir Mehdiyevə məxsusdur.
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı