Azərbaycanda bu kommunal xidmətin qiyməti artdı - RƏSMİ
Hazırda Bakıda 5 məktəb, 1 uşaq bağçası, 4 səhiyyə obyekti, 4 digər büdcə təşkilatı, 76 kommersiya obyektinə, ümumilikdə 54 binaya 42 qazanxana vasitəsilə isti su verilir.
azxeber.com xəbər verir ki, bu sözləri Axar.az-a bəzi binalarda isti su rüsumunun qaldırılması səbəbləri haqqında danışan Azəristiliktəchizat ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
O, isti su tariflərinin Tarif Şurası tərəfindən deyil, "Azəristiliktəchizat" tərəfindən binalara çəkilən xərclər nəzərə alınmaqla müəyyən edildiyini bildirib:
"Hazırda Azəristiliktəchizat ASC-nin 462 qazanxanası fəaliyyət göstərir, bunların 42-si həm də 3413 mənzili isti su ilə təmin edir. 1 yanvar 2017-ci ildən etibarən isti su tarifləri Tarif Şurası tərəfindən tənzimlənmir. Cari ilin iyul ayının 1-dən etibarən Azəristiliktəchizat ASC tərəfindən isti su tariflərində dəyişikliklər edilib. İsti su tarifləri isə Azəristiliktəchizat ASC-nin ayrı-ayrı binalar üzrə sərf etdiyi xərclər nəzərə alınmaqla müəyyən edilir. Sözügedən xərclər binadakı mənzillərin və yaşayan sakinlərin sayına və s. görə dəyişir. Yəni Bakı şəhərində isti su verilən binalarda yaşayan vətəndaşlar üçün ümumi deyil, sadaladığımız səbəblərə görə fərqli isti su tarifləri tətbiq olunur. Ona görə bununla bağlı konkret bir rəqəm demək mümkün deyil".
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi