Azərbaycanda bu maşınların bazarı BAĞLANDI: Hamı onları alır
Azərbaycana idxal olunan avtomobillərin istehsal ilinə görə qoyulan məhdudiyyət səbəbindən gətirilən modellərin də siyahısı dəyişib. Belə ki, 2013-cü ildən əvvəl istehsal olunan nəqliyyat vasitələrinin idxalına qoyulan qadağa qiymət və model dəyişikliyinə gətirib çıxarıb. Yeni gətirilən bu maşınlar həmçinin bəzi avtomobil modellərinin də bazarını bağlayıb.
KONKRET.az xəbər verir ki, hazırda ölkənin bazarda olan qiymətlər və ən çox tələbat olan nəqliyyat vasitələri barədə avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov Lent.az-a danışıb. O, əsasən Cənubi Koreyadan gətirilən avtomobillərin alıcıları özünə cəlb etdiyini deyib:
"Bazarda 10 min manatadək əsasən sovet maşınları yaxşı satılır. 10 və 20 min manat arası "çeşka" və "dördgöz"lər, həmçinin Koreya maşınları üstünlük təşkil edir. 20-40 min manat arası isə hazırda "KİA Sorento" və "Hyundai Santa Fe"nin dizel mühərrikli olanlarına tələbat yüksəkdir. Ən çox tələbat bu maşınlaradır. Son adı çəkilən modellər "Toyota Prado", "RAV 4" kimi avtomobillərin bazarını bağlayıblar. Hazırda maşın bazarında hündür avtomobil deyəndə ilk ağla "Hyundai Santa Fe" və "KİA Sorento" gəlir. Bu avtomobillər hündür, rahat, geniş və ekonom olduğu üçün onlara tələbat çoxdur.
ABŞ-dan gələn "Chevrolet Cruze"ların bazarı yoxdur. Amma "Toyota Prius"ların taksi fəaliyyətinə görə satışı olduğu kimi davam edir. Həmçinin "KİA Cerato", "Hyundai Elantra"ların da satışı normaldır. Sovet maşınlarının da qiyməti qalxıb. Ümumiyyətlə bazarda hazırda bahalaşma müşahidə olunur".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi