Azərbaycanda bu məktəblər bağlanacaq

Azərbaycanda bu məktəblər bağlanacaqBir müddət öncə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov qeyd edib ki, şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınması nəzərdə tutulur.
"Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərəli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə onların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini məqsədəmüvafiq hesab edirik", - deyə o əlavə edib.
Elm və təhsil naziri Emin Əmrullayev şagird sayı 0-30 olan məktəblərdə bir şagirdə ildə 7 min manat vəsait xərcləndiyini, bir şagirdi olan məktəbə isə ildə 64 min manat vəsait köçürüldüyünü bildirmişdi.
Bəs məktəblərin bağlanması və ya birləşdirilməsi təhsilə necə təsir göstərəcək?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Trend-in suallarını cavablandırarkən bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələrinin rasionallaşdırılması nəzərdə tutulur
"Məlumat üçün deyim ki, eyni ərazidə elə məktəblər var ki, orada şagird sayı azdır. Bir kənddə yerləşən bir neçə məktəbdə şagird sayı kəskin azalıb, eyni ərazidə yerləşdiyi üçün həmin məktəblərin birləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, tam orta təhsili təmin etmək üçün ümumi orta məktəblərin tam orta təhsil məktəblərinə çevrilməsi də həmin ərazidə olan ehtiyacdan irəli gəlir.
Bu istiqamətdə əsas məqsəd təhsilalanın yaşadığı ərazidə tam orta təhsil alması üçün müvafiq şəraitin yaradılmasıdır. Bununla bağlı işlər görülərkən, addımlar atılarkən ilk növbədə məktəbin yerləşdiyi ərazi və tələbat öyrənilir. Bu kimi işlər araşdırıldıqdan sonra qərar qəbul edilir.
Elm və Təhsil Nazirliyinin fəaliyyətinə nəzər salanda görürük ki, məktəblərin optimallaşdırılması ilə bağlı islahatlar davam edir. Hesab edirəm ki, əhalinin sıx olduğu yerlərdə yeni məktəblərin tikintisi şagird sayının kəskin azalmasına səbəb ola bilər. Həmçinin, birdən çox məktəbə ehtiyac duyulmayan yerlərdə məktəblər birləşdirilə bilər. Bu, normal haldır. Azərbaycanın Respublikasının Konstitusiyasında və həmçinin, "Təhsil haqqında" Qanunda qeyd olunur ki, təhsilin əlçatanlığı mütləq şəkildə təmin olunmalıdır. Yəni məktəb yaşına çatmış hər bir şəxs icbari şəkildə təhsil prosesinə cəlb edilməlidir və bu, dövlətin öhdəliyi, borcudur".
Ekspert əlavə edib ki, bəzi məktəblər var ki, orada şagird sayı azdır və rentabelli deyil. Beynəlxalq təcrübəyə görə bir məktəbin digəri ilə ara məsafəsi 2 kilometr ətrafında olmalıdır.
"Ancaq biz bilirik ki, hazırda Bakıya doğru köçürmələr var və insanlar kütləvi şəkildə rayonlardan paytaxta gəlirlər.
Bəzi rayonlarda kifayət qədər az sayda şagird var ki, bu da optimallaşmağa getməyə məcbur edir. Bu gün bizim orta ümumtəhsil məktəblərində bir məqam var ki, dövlətin adambaşına düşən maliyyələşməsi necə hesablanır? Düşünmürəm ki, bir şagird üçün il ərzində 64 min manat xərclənsin.
Ona görə ki, həmin məktəbdə 2 müəllim var və onlar da şagirdlərə tam stavka dərs demirlər. Onların dərs saatları o qədər də çox deyil. Həmin müəllimlərin aldığı aylıq əməkhaqqı o uşaqlara dedikləri dərs saatlarına görə maksimum 700-800 manat ola bilər və bu da il ərzində 15 min manatı keçə bilməz.
Həmin binanın elektrik, istilik xərclərini də hesablasaq, 15 min manatı aşmayacaq bir məbləğ ortaya çıxır. Hər zaman müzakirə predmeti olub ki, məktəb avtobusları təşkil edilməklə bu kimi xərcləri azaltmaq olar.
Məsələn, Qubada 3-4-5 şagirdi olan məktəblər çoxdur və dövlət avtobus təşkil etsə,ona sürücü cəlb edəcək, o nəqliyyatın baxım xərcləri var. Yəni o, daha böyük xərc tələb edir. Nəzərə alsaq ki, bu, dağ məktəbləridir və hava şəraiti ilə əlaqədar mütəmadi gedib-gəlmək olmayacaq. Bu baxımdan, o məktəblərin optimallaşması uyğun deyil. Ancaq elə bölgələr var ki, məsələn, Mərkəzi Aran rayonunda olan məktəblərdə birləşdirmə optimal ola bilər. Ancaq biz 1 şagirdi olan məktəbi bağlamaqla heç də vəsaitə qənaət etməyəcəyik. Əksinə, o şagird, bəlkə də, sabahın bir naziri, mütəxəssisidir.
Yəni dövlətin oraya xərclədiyi vəsait itkiyə getmir. Həm də onun sosial tərəfləri var. Həmin məktəbləri optimallaşdıranda bir çox müəllimlər iş yerini itirir. Bu da dövlətin sosial siyasətinə ziddir. Hesab edirəm ki, maliyyələşmə məsələsinə görə optimallaşmaya gedəcəyik, bu, birmənalıdır.
Ancaq biz bunu heç də məktəbləri bağlamaq vasitəsilə etməməliyik. Düşünürəm ki, həmin məktəblərdə müvəqqəti olaraq şagirdləri köçürmək effekt verməyəcək", - deyə o vurğulayıb. / azxeber.com

Sosial       Tarix: 29 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar futbol xeberleri cəbhədən ən son xəbər en son xəbərlər bugün