Azərbaycanda bu sahədə işçi qıtlığı var: Gününə 500 manat verilir

Azərbaycanda bu sahədə işçi qıtlığı var: Gününə 500 manat verilir"Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbir keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə Aqrar Sığorta Fondurun İdarə Heyərinin sədri Fuad Sadıqov jurnalistlərin suallarını cavablayıb.
Aqrar sığorta sistemində ekspertlərin Türkiyədən gətirilməsinə cavab olaraq sədr bildirib ki, Azərbaycanda bu sahədə ekspert tapmaq çətindir. O bildirib ki, zamanla bu göstəricilər dəyişəcək və yerli ekspertlərə daha çox üstünlük veriləcək:
"Bu gün Azərbaycanda aqrar sığorta sistemində ekspertlər təəssüflər olsun ki, yoxdur. Bəli, aqronomlarımız, baytarlarımız kifayət qədər var. Ancaq ixtisaslaşmış ekspert tapmaqda çətinlik çəkirik. Xüsusi diqqətə çatdırılası məqamdır ki, 2020-ci ildə biz öz fəaliyyətimizə başlayanda bir nəfər ekspertimiz var idi ki, onu da biz Türkiyədən gətirmişdik. Bu gün isə ekspertlərin sayı 100-ə çatıb. Ekspertlərin sayını artırmaq üçün təlimlər keçirik. Təəssüflər olsun ki, təlim prosesi ilə iş tamamlanmır. Mütləq qaydada təlimi bitirənlər DİM-dən imtahandan keçirlər. İmtahanı keçəndən sonra isə onlara attestasiyadan keçmələrinə dair şəhadətnamə verilir. Proses savad, bilik və təcrübə tələb edir. Buna görə də, başa düşmək olar ki, bu prosesin başa çatması üçün kifayət qədər vaxt lazımdır.
Azərbaycanda bu sahədə işçi qıtlığı var: Gününə 500 manat verilirSədr bildirib ki, ekspertlərə ehtiyac çoxdur:
"Nəticə etibarilə, Azərbaycanda ən azı 700-800 ekspertə ehtiyacımız var. Təəssüf ki, ekspert sayımız 100-ə yaxındır. Hər il ildə 4 dəfə təlim və imtahan təşkil edirik. Türkiyədən ekspertlər gətirilməyinin başlıca səbəbi odur ki, bizim aqrar sığorta sistemimiz bilavasitə Türkiyə və İspaniyanın aqrar sığorta sisteminə əsaslanır. Vəziyyətin düzgün qiymətləndirilməsi, şaxtanın təsirinin görülməsi, nə dərəcə zərər dəyməsi və s. nüansları bilmək uzun müddət təcrübə tələb edir. Bir müddət sonra Türkiyədən gələn ekspertlərin sayının azalmasını görəcəyik".
Fuad Sadıqov həmçinin qeyd edib ki, müxtəlif bölgələrə göndərilən ekspertlərə günlük 500 manat verilir:
"Xüsusilə vurğulamaq istəyirəm ki, aqrar sığorta ekspertlərinə günlük 500 manat veririk. Bundan əlavə onların yol pulu, otel pulu və digər xərcləri də biz tərəfdən ödənilir. Məsələn, ekspert hər hansı bir təbii fəlakətdən sonra istehsalçının bağına gedir. İlinə 10 milyon manatlıq istehsal həcmi olan bir təsərrüfatda həmin şəxs gedib zərəri müəyyənləşdirməlidir ki, 10 milyonluq məhsulun neçə milyonuna zərər dəyib. Bu işlərinə görə də həmin ekspertlərə yüksək xidmət haqqı ödəyirik. Hətta qeyri-iş günlərində iki qat əməkhaqqı ödəyirik. Bunu da qeyd edim ki, onlar bizim işçilərimiz deyillər. Özəl sektorlarda və holdinqlərdə çalışırlar. Gənc və ya yaşlı olmağından asılı olmayaraq, öz savadına və bacarığına güvənən insanları ekspert olmağa dəvət edirik".
Oksana Orucova

Sosial       Tarix: 25 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər son xeberler azerbaycan xeber.az son xeberler idman xeberleri