Azərbaycanda bu şəxslər böyük məbləğdə CƏRİMƏLƏNƏCƏK
Bazarda rəqabəti pozan, süni şəkildə qiymətlərə təsir edən sahibkarlarla bağlı cərimələr nəzərdə tutulur. Belə ki, Rəqabət Məcəlləsinə əsasən, məhz bazardakı tarazlığa öz mövqeyindən istifadə edib təsir göstərən sahibkarlarla bağlı dövriyyəsinin 3, 5 və 10 faizi həcmində cərimələrin tətbiq edilməsi nəzərdə tutulur.
Bunu trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, məqsədli şəkildə bazarda qiymətlərin kəskin artımına gedən və bütövlükdə rəqabəti məhdudlaşdıran sahibkarlar sanksiyalara məruz qalacaqlar.
"Sanksiyaların məqsədi birmənalı şəkildə həm qiymətlərin optimallaşdırılması, süni qiymət artımlarının qarşısının alınması və bütövlükdə bazarda rəqabətin qorunmasından ibarətdir. Bu da öz növbəsində bazarda qiymətlərin tələb-təklif əsasında optimallaşdırılması və hətta bəzi məhsullar üzrə azalması və süni qiymət artımlarının qarşısının alınmasına imkan verəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, Rəqabət Məcəlləsi Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında birinci oxunuşda qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı