Azərbaycanda bu şəxslər də əsgər aparılır
Azərbaycanda ikili vətəndaşlığı olan şəxslərin başqa ölkədə hərb xidmətdə olduqları halda ölkəmizdə də hərbi xidmətdən keçib-keçməməsi ilə bağlı məsələ gündəmə çevrilib.
azxeber.com xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a bildirilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar:
"Eyni zamanda bildiririk ki, həmin Qanunun 23.0.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər".
Verilən məlumata görə, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat