Azərbaycanda bu şəxslər vaxtından əvvəl pensiyaya çıxacaq - YENİ SİYAHI - ŞƏRTLƏR

Azərbaycanda bu şəxslər vaxtından əvvəl pensiyaya çıxacaq - YENİ SİYAHI - ŞƏRTLƏRNazirlər Kabineti «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda dəyişiklika edib.
KONKRET.azFED.az-a istinadən xəbər verir ki, siyahıya yeni ixtisaslar əlavə edilib.
Bunlar aşağıdakılardır:
Filiz və kömür hasilatı sahələrində
– Filizin emalı
– qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər
– qaynaqçılar
– əməliyyat bölməsində operatorlar
– qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar
– metallurqlar
– əməliyyat bölməsinin rəhbəri
– texniki xidmət və inzibati dəstək bölməsinin rəhbəri
– geologiya və dağ-mədən işləri bölməsinin rəhbəri
– kəşfiyyat işləri üzrə müdir-layihə müdiri
– elektriklər, baş elektriklər
– bütün adlarda energetiklər
– filizə nəzarət texnikləri
Neft, qaz və qaz kondensatının hasilatı qəbulu və  saxlanması sahəsi üzrə 
Əvvəla bu sahələrin siyahısı genişləndirilib. İndiyədək güzəştli şərtlərlə pensiyaya çıxma imkanı yalnız neft-qaz və qaz kondensatının hasilatını aid idi, indi isə buraya onun qəbulu və saxlanması da aid olub.
Nəticədə bu sahədə çalışan aşağıdakı ixtisaslar da pensiyaya vaxtından əvvəl çıxa biləcək.
Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi üzrə 
a) fəhlələr: 
– quyuların əsaslı təmirinin qazmaçıları
– dənizdə üzən buruq aqreqatlarının qazmaçıları
– işçi məhlulları laylara vuran nasos stansiyalarının maşinistləri
– buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri
– neft laylarına buxarvuran generator qurğularının maşinistləri
– səyyar kompressorların maşinistləri
– qaldırıcıların maşinistləri
– quyuların sementlənməsi üzrə maşinistlər
– yuyucu aqreqatların maşinistləri
– texnoloji nasosların maşinistləri
– sementləşdirici aqreqatların motorçuları
– susuzlaşdırıcı və duzlaşdırıcı qurğuların operatorları
– layların hidravlik parçalanması üzrə operatorlar
– neft və qaz hasilatı üzrə operatorlar
– quyuların tədqiqatı üzrə operatorlar
– quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar
– laylarda təzyiqin saxlanması üzrə operatorlar
– quyuların yeraltı təmiri üzrə operatorlar
– quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar
– quyularda geofiziki tədqiqatlar işini yerinə yetirən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyalarının qaldırıcılarının maşinistləri, karotajçılar, karotaj stansiyalarının maşinistləri, partladıcılar
– mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzra çilingərlər
– dəniz buruqları özüllərinin və estakadalarının quraşdırılması və təmiri üzrə çilingərlər
– neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər
– tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər
-neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər
– daxiliyanma mühərriklərinin maşinistləri;
– qüllə quraşdırıcıları;
qüllə quraşdırıcı-qaynaqçıları;
– qüllə quraşdırıcı-elektrik montyorları;
– kompressor qurğularının maşinistləri
b) rəhbərlər və mütəxəssislər:
– neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri
– quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları
– neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar
– neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər
– qüllə quraşdırma işlərinin iş icraçıları
Bu bölməyə ayrıca bir ixtisas alavə edilib 
– kompressor qurğularının maşinistləri
Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər siyahısında da əlavələr edilib. Bura aşağıdakı ixtisaslar əlavə olunub:
– elektrik qatarlarının (seksiyalarının) maşinistləri
– elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri
– motovoz maşinistləri
– motovoz maşinistlərinin köməkçiləri
– kompressor qurğusunun maşinisti
– drezin sürücüsünün köməkçisi
– yol nəzarətçisi
– tunel fəhlələri
– süni qurğular təmirçisi
– süni qurğular baxıcısı
– yol baxıcısı
– yol montyoru
– metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstəril- məsi üzrə elektrik çilingərləri
– avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri
– metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərləri
– metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri
– eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri
– rezin məmulatların təmirçisi
– markşeyder işlərində dağ-mədən fəhləsi
– nəzarət vaqonunun tənzimləyicisi
– çəkiclə işləyən dəmirçi
– kontakt qaynaq maşınının qaynaqçısı
– yol, maşın və mexanizmlərin tənzimləyiciləri
– daxili sanitar-texniki sistem və avadanlıqların montajçısı
– ultrasəsli defektoskop aparatının operatorları və operator köməkçiləri
– ultrasəs nəzarəti üzrə defoktoskopçular
– izoləedicilər
– kabel lehimləyicisi
– əl ilə qaynaqda elektrik qaynaqçısı
Siyahıya əlavə edildən daha bir bölmə gecə vaxtı tunellərdə çalışanlara aiddir. Bunun üçün siyahıya ayrıca bölmə əlavə edilib – «Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daimi məşğul olan rəhbərlər, mütəxəssislər, texniki icraçılar». Bu siyahıya aiddir:
– bütün adlarda tunel ustaları (böyük tunel ustaları, tunel ustaları, tunel usta köməkçiləri)
– böyük elektrik mexanikləri
– elektrik mexanikləri (rabitə üzrə elektrik mexaniki)
– elektronçu
– təlimatçı maşinist
Daha bir yenilik «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» sahəsi üzrə edilib. 
Buradakı fəhlələrin siyahısında ixtisaslar dəqiqləşdirilib və yəni genişləndirilib. Belə ki, əvvəllər güzəştli şərtlərlə pensiyaya çıxan fəhlələrin ixtisası asfalt-beton bişirənlər və döşəyənlər idisə, indi bu ixtisaslar ayrılıb və belə olub:
– asfalt və beton döşəyənlər
– asfalt və beton bişirənlər
Nəhayət, Siyahıya edilən daha bir dəyişiklik «Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər» bəndi üzrədir.
Burada fəhlələr hissəsinə bir neçə ixtisas əlavə edilib. Bunlar aşağıdakılardır:
– üzlükçülər
– üzlükçü-tavaçılar
– üzlüklü-plitəçilər
Qeyd edək ki, «Əmək pensiyaları haqqında» qanuna əsasən, bu siyahıdakı şəxslər pensiyaya güzəştli şərtlərlə, yəni vaxtından əvvəl çıxmaq hüququna malikdirlər. 
Belə ki, qanunun 9.1-ci maddəsinə əsasən siyahıda nəzərdə tutuan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Qanunun 7-ci maddəsi isə bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxması üçün hansı tələblərə cavab verməsinə aiddir. Məsələ bundadır ki, pensiyaya çıxmaq üçün fərdi hesabda minimum məbləğdə pensiya kapitalı və ya minimum iş stajı tələb olunur.
Vaxtından əvvəl pensiyaya çıxanlardan da tələb olunur ki, onlar pensiyaya çıxmaq istədikləri vaxtda fərdi hesablarında minimum məblşəğdə pensiya kapitalı və ya azı 25 il iş stajına malik olsunlar.
Həmin maddədə deyilir: «63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır».
Nəhayət, vaxtından əvvəl pensiyaya çıxmaq barədə danışdıqda iki 2 vacib məqama diqqət yetirmək lazımdır. 
Birincisi, vaxtından tez pensiyaya çıxmaq hüququna malikdir – yəni pensiyaya çıxıb-çıxmamaq həmin şəxslərin qərarından asılıdır. Yəni istəməyən şəxs bu hüquqdan istifadə etməyə bilər.
İkinci məqam odur ki, burada nəzərdə tutulan hüquq şəxsin axırıncı iş yerinin harada olmasından asılı deyil.

Sosial     Baxılıb: 278   Tarix: 03 yanvar 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda sıxlıq olan yolların SİYAHISI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda:. 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?

"Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb". xəbər verir ki, bu barədə AZƏRTAC-a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubov

Salyanda ölən 11 yaşlı uşağın anası: 'Xəstəxanaya getmirdi, əlimlə apardım balamı

Salyanda 11 yaşlı uşaq iynədən şoka düşüb. Hadisə rayonun 20 yanvar küçəsində baş verib. Baku TV-nin məlumatına görə, Elcan Nəcəfovun halı pisləşdiyi üçün valideyni təcili tibbi yardıma müraciət edib. Uşaq erkən müayinədə

33 milyard kubmetr qaz tədarükünə dair saziş imzalandı

Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr qaz tədarükünə dair saziş imzalanıb. KONKRET.azxəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bildirib. Nazir iki gün əvvəl Azərbaycanl

Həkim faiz vermədiyinə görə işdən çıxarıldı - ŞOK İDDİA

Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda həkim-radioloq vəzifəsində çalışan Abdullayev Ramil Şakir oğlu -dan kömək istəyir. 6 ildir institutda çalışan həkim çox çətin durumla üzləşdiyini deyir. O, institutun direktor

Keçmiş icra məmuru vəfat etdi

Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Murad Nəzirov vəfat edib. xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. . M.Nəzirov uzun sürən xəstəlikdən sonra 38 yaşında vəfat edib. Onun Tura

Şəkidə evin qəsdən yandırıldığı iddia edilir

Şəkinin Baş Göynük kəndində yanğın hadisəsi qeydə alınıb. "Unikal"a istinadən xəbər verir ki, kənd sakini Fazil Əhmədova məxsus, ümumi sahəsi 190 kvadratmetr olan 4 otaqdan ibarət yaşayış evində yanğınla bağlı məluma

Dərəyə yıxılıb köməksiz qalan qadın xilas edildi

Şəki şəhəri ərazisində vətəndaş çay dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayo

ABŞ Maduronu bu maddələrlə ittiham edir - Məhkəmə Nyu-Yorkda olacaq

ABŞ-nin Baş prokuroru Pamela Bondi Venesuela prezidenti Nikolas Maduro ilə bağlı açıqlama verib. Qərb mediasına istinadən xəbər verir ki, o Maduronun ittiham ediləcəyi maddələri açıqlayıb:. "Nikolas Maduro narkoterroriz


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər bugün 2026 kriminal xeber maşın realiti şou cəbhədən son xeber