Azərbaycanda bu telefon nömrələri fəaliyyətini dayandırır - 31 avqustdan
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ("Baktelekom") 511 və 555 prefiksi ilə fəaliyyət göstərən CDMA (Code Divizion Multiple Access) texnologiyasının xidməti fəaliyyətini tam dayandırır.
azxeber.com qaynarinfo-ya istinadən xəbər verir ki, CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsi 31 avqust 2022-ci il tarixindən dayandırılacaq.
Bu barədə "Aztelekom" MMC-dən sorğuya belə cavab verilib:
"CDMA (Code Division Multiple Access) texnologiyasının əhəmiyyətli dərəcədə köhnəldiyini nəzərə alaraq, "Aztelekom" MMC bu xidməti 31 avqust 2022-ci il tarixindən dayandıracaq.
511 və 555 prefiksli indekslə fəaliyyət göstərən CDMA texnologiyası xidməti "Aztelekom"un abonentlərinin çox az hissəsi tərəfindən istifadə edilirdi. Xidmətin dayandırılması ilə əlaqədar abonentlərə digər texnologiyalar üzərindən alternativ xidmətlər təklif edilib. Məlumat üçün qeyd edək ki, xidmətin dayandırılması ilə bağlı xəbərdarlıq müxtəlif kanallar vasitəsilə paylaşılıb".
Qeyd edək ki, CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsidir. CDMA texnologiyası adi şəhər nömrəsindən danışığın və səsin yüksək keyfiyyətlə ötürülməsini təmin edir. "Baktelecom" 2005-ci ilin oktyabr ayından əhaliyə CDMA xidməti göstərir. "Baktelecom"un CDMA şəbəkəsi Bakı şəhəri və Abşeron yarımadasını əhatə edir və bu xidmət abunəçilərə 511/555 indeksləri ilə təqdim edilir.
"Baktelecom"un CDMA şəbəkəsi ilə "AzTelekom" MMC-nin CDMA şəbəkəsi arasında olan rouminq xidməti sayəsində "Baktelecom" öz abunəçilərinə respublikanın bütün ərazisində xidmət göstərə bilirdi

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var