Azərbaycanda bu tikinti materiallarına qadağa qoyulacaq

Azərbaycanda bu tikinti materiallarına qadağa qoyulacaqAzərbaycan hökuməti tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlayır.
azxeber.com report-a istinadən xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)" indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.
Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq.
Özbaşına tikintilərin qarşısının alınması üzrə məsuliyyət sərtləşdiriləcək. Xüsusilə mühafizə və sanitar zonalarda, həmçinin neft-qaz yataqları ərazilərində qanunsuz tikinti işlərinə qarşı nəzarət gücləndiriləcək.
Şəhərsalma və Tikinti Məcəlləsində istifadə olunan anlayış və müddəalar dəqiqləşdiriləcək, vətəndaşların və sahibkarların maarifləndirilməsi üçün normativ dəyişikliklər ediləcək.
Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyət qoyulacaq. Tikintiyə dövlət nəzarətinə özəl şirkətlərin cəlb olunması imkanları araşdırılacaq.
Bundan başqa, tikinti layihələrinin ekspertizası və xərclərin hesablanması qaydalarının təkmilləşdirilməsi, eləcə də yükdaşıyan konstruksiyalarda yaranan problemlərə görə məsuliyyətin müəyyən edilməsi nəzərdə tutulur.
Hazırlanacaq təkliflər beynəlxalq təcrübəyə uyğun olaraq Komissiyaya təqdim ediləcək.
Sənədin icra müddəti oktyabrın 1-nə qədər müəyyən edilib.

İqtisadiyyat       Tarix: 02 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


yeni xeberler azerbaycan xeberleri son xeberler bugunun xeberleri sonxəbərlər cəbhədən son xəbərlər valyuta mezennesi