Azərbaycanda bu xidmətlərin qiyməti ARTDI
2024-cü ilin yanvar ayında qiymətlər, 2023-cü ilin eyni ayına nisbətən 1,7 faiz artıb.
İnflyasiya səviyyəsi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 3,2 faiz olub.
KONKRET.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
"İnflyasiya meyillərinin səngiməsi daha çox idxal olunan məhsullarda inflyasiya dərəcəsinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, inflyasiyanın strukturunda idxal olunan məhsullarının qiyməti xüsusi çəkiyə malik olduğundanregional bazardakı dəyişikliklər qiymət indeksinə təsirsiz ötüşmür. Bütövlükdə, inkişaf etmiş dövlətlərdə və eləcə də əksər region ölkələrində inflyasiya meyillərinin səngiməsi müşahidə olunur. Ötən ay üzrə inflyasiyanın stukturunda diqqəti çəkən əsas məqam xidmətlərin qiymətindəki artımın ümumi istehlak qiymətləri indeksini təxminən 2 dəfə üstələməsidir".
Deputat diqqətə çatdırıb ki, rəsmi inflyasiya səviyyəsi 1.7 faiz olduğu halda, xidmətlərdə qiymətlər 3.2 faiz yüksəlib.
"Çünki, ötən ay xidmətlərin qiyməti, hətta qida məhsullarının xərcindən də sürətlə artıb. Buna görə də, bu artımların real əsaslarının olub-olmamasının araşdırılmasına ehtiyac var".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR