Azərbaycanda dollar nə vaxt bahalaşacaq? – Natiq Cəfərli konkret tarix açıqladı

Azərbaycanda dollar nə vaxt bahalaşacaq? – Natiq Cəfərli konkret tarix açıqladı"Bu il olmasa da, 2025-ci ilin sonunda və ya 2026-cı ilin əvvəlində manatın məzənnəsi ilə bağlı hansısa inzibati qərar qəbul edilə bilər".
KONKRET.az-a açıqlamasında bu proqnozla iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.
Onun sözlərinə görə, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Odur ki, qonşu ölkələrdə ABŞ dollarının bahalaşması və ya ucuzlaşmasının manatın məzənnə siyasətinə heç bir təsiri yoxdur:
"Digər ölkələrdə, o cümlədən Türkiyədə valyutanın kursunu qiymətli kağızlar və valyuta birjaları müəyyənləşdirir. Ölkəmizdə isə manatın sonuncu devalvasiyasından sonra 8-ci ildir ki, sabit məzənnə rejimi dəyişməz qalır. Amma bu, o demək deyil ki, məzənnə daim indiki səviyyədə qalacaq. Bunu uzun illər davam etdirmək mümkün olmayacaq"
Ekspert nəzərə çatdırıb ki, dollar ətrafında yaranmış ajiotaj Azərbaycana dolayısı ilə təsir edir və son zamanlar ölkədə xarici valyutaya tələbatın artması da bunun göstəricisidir:
"Bununla belə, bu il manatın məzənnəsi ilə bağlı hansısa dəyişiklik olacağını düşünmürəm. ".
Qeyd edək ki, bir sıra ölkələrdə dolların bahalaşması fonunda ölkəmizdə manatın devalvasiyaya uğrayacağı ilə bağlı ajiotaj yaranıb.
Xatirə SADİQ,
KONKRET.az

Sosial       Tarix: 19 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Bəyim Bayramova VƏFAT ETDİ

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəbin keçmiş direktoru Bayramova Bəyim Vəli qızı 80 yaşında dünyasını dəyişib. . xəbər verir ki, bu barədə məktəbin paylaşdığı məlumatda deyilir. . Bəyim Bayramova məktəbdə 1969–200-c

Qızıl son günlərdə ilk dəfə 4 200 dollardan aşağı düşdü

Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların dəyərində eniş qeydə alınıb. Qızılın qiyməti son günlərdə ilk dəfə olaraq bir unsiya üçün 4 200 dollar həddinin altına düşüb. xəbər verir ki, "Comex" birjasını

Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama

Bir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir. Bəs gələcəkd

Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qey

Yeni tikilmiş binalarda ev alanları gözləyən sürpriz

Yeni tikililərdən mənzil alan vətəndaşların bir hissəsi sonradan müxtəlif problemlərlə üzləşdiklərini bildirirlər. Bu problemlər tikintinin keyfiyyətindən tutmuş sənədləşmə, layihə dəyişiklikləri, parking çatışmazlığı v

Azərbaycan nefti kəskin ucuzlaşdı: "Azeri Light" 86 dollara düşdü

Qlobal enerji bazarlarında neftin qiymətində eniş tendensiyası davam edir. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,67 dollardan, ABŞ-ın yüngül xam nefti (WTI) isə 75,62 dollardan satılır. Nef

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirili

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat

Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib

Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari valyuta mezenesi xəbər cəbhədən son xəbər