Azərbaycanda dövlət büdcəsi xərcləri üzrə "Yaşıl dəhliz" sistemi yaradılacaq

Azərbaycanda dövlət büdcəsi xərcləri üzrə Maliyyə Nazirliyinin Kollegiyası "Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası"nı təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb.
Eyni zamanda nazirliyin 28 dekabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında təlimat" və "Büdcədən maliyyələşən kredit sərəncamları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin Xəzinə uçotu haqqında təlimat" ləğv edilib.
Yeni qərara əsasən, Maliyyə Nazirliyi xərclər üzrə maliyyə əməliyyatlarının aparılmasının sadələşdirilməsi məqsədilə bir sıra xərclər üzərində kassa məxaric əməliyyatlarının aparılmasında təsdiq səlahiyyətlərinin xüsusi proqram təminatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi üçün "Yaşıl dəhliz" sistemi yaradacaq. "Yaşıl dəhliz" sisteminin əhatə etdiyi xərclərin siyahısını nazirlik müəyyən edəcək.
Bu sistem "Dövlət satınalmaları haqqında" qanuna və yaxud Mülki Məcəlləyə uyğun olaraq malların, işlərin və xidmətlərin dəyərinin satınalma müqaviləsi və yaxud mülki müqavilə əsasında ödənilməsini nəzərdə tutan xərclərə aid edilməyəcək. Zərurət yarandıqda, meydana çıxan risklər qiymətləndirilməklə Maliyyə Nazirliyi xərclər üzərində "Yaşıl dəhliz" sisteminin tətbiqini məhdudlaşdıra bilər.
Həmçinin, büdcə səviyyəsi, dövlət xəzinədarlığına pul vəsaitlərinin daxil olmasının təmin edilməsi, xərclərə dair maliyyə əməliyyatlarının aparılması üçün xəzinə hesablarının açılması və bağlanması qaydası müəyyənləşib. Belə ki, xəzinə hesablarının rekvizitləri 28 simvoldan ibarət olacaq və vahid büdcə təsnifatı üzrə müəyyən edilmiş inzibati təsnifat kodlarının son 3 rəqəmi nəzərə alınacaq.
Bundan başqa, Xəzinədarlığın İnformasiya İdarəetmə Sisteminin (XİİS) əhaətə dairəsi müəyyənləşdirilib.
XİİS operatoru büdcə səviyyələri üzrə müəyyən edilmiş gəlir və xərc smetalarını hər il yanvar ayının 10-na qədər orqan və qurumların xəzinə hesabları üzrə şəxsi vərəqələrinə daxil edəcək. Təşkilat 3 iş günü ərzində şəxsi hesab vərəqəsində dəyişiklik edə bilər, operator həmin dəyişiklikləri 2 iş günü ərzində yoxlayaraq təsdiq edir.
Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Sosial       Tarix: 30 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri xeberler bugun iqtisadiyyat xeberleri bugun sosial yardim