Azərbaycanda ƏT BAHALAŞACAQ

Azərbaycanda ƏT BAHALAŞACAQ"Gələn il ətin qiymətində təxminən 25-30 faiz bahalaşma gözlənilir".
KONKRET.az xəbər verir ki, bunu açıqlamasında kənd təsərrüfatı eksperti Akif Nəsirli deyib.
Onun sözlərinə görə, hər il ət istehsalı getdikcə azalır: "Bu il isə ət istehsalının azalması xüsusilə hiss olundu. Ona görə də ətin qiymətində bahalaşma baş verir. Bu il ətə tələbatın az olduğu yay aylarında və eyni zamanda Məhərrəmlik ayında ətin qiymətində 1 manat bahalaşma baş vermişdi".
Ekspert bildirib ki, bu ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə ət idxalı 93 faiz artıb. Bu da ölkə daxilində ət istehsalının azaldığını göstərir: "Təəssüf ki, idxal əti ilə daxildə ətə olan tələbatı ödəmək bir qədər çətindir. Çünki ölkə daxilində bazarın konyukturası buna imkan vermir. Bazarlarda qəssabların satdığı ətin içərisində idxal ətinin sayı çox azdır. Yəni bazarlarda satılan ətin əksəriyyəti yerli istehsaldır".
A.Nəsirli hesab edir ki, gələn il ət və ət məhsulları, quş və quşçuluq məhsullarının bahalaşacağı gözlənilir:
"Son 3 ildir ki, ölkədə heyvandarlığın yem bazasına ciddi zərbə dəyib. Belə ki, fermerlər yonca sahələrindən məhsul götürə bilmirlər. Qış aylarında havaların mülayim keçməsi zərərvericilərin inkişafına səbəb olur. Ona görə də ot sahələri məhv olub. Bu vəziyyətin qarşısını almaq üçün ciddi addımların atılmaması təəssüf doğurur. Çünki yaranan vəziyyət ət istehsalında maya dəyərinin bahalaşmasına səbəb olur".
Ekspert xatırladıb ki, 2024-cü il 1 yanvar tarixinədək ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar təsdiq üçün Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməli və öz məhsullarını bəyan etməlidirlər: "Əks halda qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq. Əldə etdiyim məlumata görə, idxal şirkətlərinin əksəriyyəti hələ də qeydiyyatdan keçməyiblər. Bu isə həmin şirkətlərin məhsullarının ölkəyə idxalına məhdud qoyulacağını göstərir. Nəticədə ölkədə ət və ya quş ətində qıtlıq yarana bilər. Təxminən 6 ay müddətində ölkədə ət məhsullarının qiymətində bahalaşma baş verəcək".
A.Nəsirlinin söyləyib ki, işğaldan azad olunmuş ərazilər əsasən heyvandarlıq üçün əlverişlidir. Onun sözlərinə görə, bu ərazilərdə kütləvi şəkildə heyvandarlıq inkişaf etdirilərsə, ölkənin ətə olan tələbatı əsaslı şəkildə təmin olunacaq: "2015-ci ildən etibarən heyvandarlıq üçün nəzərdə tutulan ərazilər pambıqçılıq üçün ayrıldı. Ona görə də heyvandarlıq inkişafdan geridə qaldı"./ İqtisadiyyat.az

Sosial       Tarix: 23 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar son xeberler bugun 2026 muharibe son xeberler azerbaycan xeber.az bu gun