Azərbaycanda ət bahalaşacaq - AÇIQLAMA

Azərbaycanda ət bahalaşacaq - AÇIQLAMA"Hazırda Azərbaycanda ət və ət məhsullarının qiymətində elə də ciddi bahalaşma yoxdur. Əsasən cavan quzu ətinin nisbi bahalaşması müşahidə olunur. Hazırda quzu ətinin kiloqramı 17-18 manata satılır ki, bu da mart ayında formalaşmış qiymətlərdir".
Bu sözləri Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Onun sözlərinə görə, yaşlı heyvanların qiymətində bir qədər ucuzlaşma nəzərə çarpır:
Qurban bayramı günlərində də elə ciddi bahalaşmanın müşahidə edilmədiyini deyən ekspert, qiymət artımının əsasən mövsümlə bağlı olduğunu diqqətə çatdırıb: 
"Həmin mövsümdə ətin qiymətinin qalxması təbiidir. Ona görə ki, ət istehsalının maya dəyərində ciddi artımlar var. Bunun da kompensasiya edilməsi üçün ətin satış qiymətində artımın baş verməsi təbiidir. Digər tərəfdən isə ölkədə ət istehsalı getdikcə azalır və buna müvafiq olaraq təklif aşağı düşür ki, bu, bahalaşmanın baş verməsini labüd edir. Bununla belə, iyul-avqust aylarında qiymət artımının olacağına inanmıram və bunun əsasən sentyabr ayından sonra olacağını düşünürəm. Çünki, həmin dövrdə ətə tələbat artacaq". 
Qiymətlərin müəyyən dövr ərzində qalxacağını deyən A.Nəsirli vurğulayıb ki, yanvar ayına qədər ətin bir kiloqramının qiyməti təxminən 20 manata qədər bahalaşacaq:
"Yanvardan sonra bahalaşma davam edəcək və ətin bir kiloqramının satış qiyməti 20 manatdan yuxarı olacaq. Bu da onunla bağlıdır ki, ölkədə ət istehsalı və örüş yerləri azalır, ot bahalaşır. Ot sahələrinin böyük hissəsi pambıq və taxıl istehsalçılarının istifadəsinə verilib. Bu da maldarlıq və ət istehsalı ilə məşğul olan fermerlərin sayının, eləcə də ət istehsalının həcminin azalmasına böyük təsir göstərir. İstehsalın həcminin azalması isə bahalaşmaya və ətin maya dəyərinin artmasına səbəb olur. Əgər ət istehsalı artsa, qiymətdə də ucuzlaşma baş verəcək". / azxeber.com

İqtisadiyyat       Tarix: 11 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele valyuta mezennesi banklar son xəbər cebheden xeberler