Azərbaycanda iki AĞIR QƏZA: xeyli sayda yaralı var
Bu gün Azərbaycanda iki ağır yol qəzası baş verib.
KONKRET.az APA-ya istinadən bildirir ki, qəzalardan biri İsmayıllıda, digəri isə Cəlilabadda olub.
İsmayıllıda "Hyunday" markalı avtomobilin idarəetməni itirərək ağaca çırpılması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza zamanı Qurbanəfəndi kənd sakini – 1966-ci il təvəllüdlü Alışanova Nəcibə Eldar qızı, 1959-cu il təvəllüdlü Osmanov Eldar Sadiq oğlu, 2002-ci il təvəllüdlü Alışanov Amil Fizuli oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda isə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol nəqliyyat hadisəsi Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan "Qazel" markalı yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində iki nəfər Cəlilabad rayon sakini xəsarət alıb. Onlardan biri – 1997-ci il təvəllüdlü Fərid Qərib oğlu Musayev ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək