Azərbaycanda istehsal olunan 9 adda qəndlə bağlı nöqsanlar aşkarlandı

Azərbaycanda istehsal olunan 9 adda qəndlə bağlı nöqsanlar aşkarlandıAzərbaycanda istehsal olunan 9 adda qəndlə bağlı nöqsanlar aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən bir sıra istehsalçılara məxsus qənd məhsulu partiyalarının qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, kükürd dioksid (SO2) miqdarının laborator sınaqların nəticələrinə əsasən normadan artıq olduğu müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilərək normativ sənədin tələblərinə cavab verməyən həmin məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı istehsalçılara, eyni zamanda ticarət şəbəkələrinin rəhbərlərinə həmin məhsulların satışdan çıxarılaraq istehsalçılara geri qaytarılması barədə icrası məcburi göstərişlər verilib.
Görülmüş nəzarət tədbirlərinin nəticəsi olaraq, həmin şirkətlər tərəfindən cari ilin aprel-sentyabr aylarında 1097,25 kq məhsul geri çağırılıb ki, bunlardan fiziki şəxs Kərimov Əfqan Bəhşir oğlunun istehsal etdiyi 371,3 kq, "Bolluq" MMC tərəfindən istehsal edilən 169,2 kq, "Şam Fi International Trading Company" MMC tərəfindən emal edilən 6,75 kq qənd partiyası məhv edilib, 347 kq məhsulun isə məhv edilməsi ilə bağlı qərar qəbul olunub. Eyni zamanda fiziki şəxs Babayev Nazim Səyyaf oğluna məxsus anbarda saxlanılan 5109 kq, həmçinin satış şəbəkəsindən geri çağırılmış 200 kq qənd məhsulunun təkrar emala göndərilməsi barədə qərar qəbul edilib.
Ticarət şəbəkələrində keçirilmiş təkrar monitorinqlər zamanı isə 20 nümunə götürülərək müayinəyə cəlb edilib. Müayinə nəticəsinə əsasən, əvvəl uyğunsuzluq aşkarlanmış 6 istehsalçıya məxsus 9 nümunədə kükürd dioksidin kütlə payı normadan artıq müəyyən edilib.
Bununla əlaqədar, müəssisələrin 3-də plandankənar yoxlama aparılıb, 2 müəssisədə ("Şüvəlan Şirniyyat" ASC və fiziki şəxs Mənsimov Məmməd Adil oğlu) aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar istehsalın dayandırılması və kükürd dioksidin miqdarı normadan artıq müəyyən edilmiş məhsulların geri çağırılması, 1 müəssisədə (fiziki şəxs Kərimov Əfqan Bəhriş oğlu) isə aparılmış yoxlama çərçivəsində ticarət şəbəkəsində aşkar edilmiş uyğunsuz məhsul partiyasının geri çağırılması ilə bağlı "Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar"lar qəbul edilib.
Uyğunsuzluq aşkar edilmiş 1 nümunənin istehsalçısı barədə məlumat hüquq mühafizə orqanlarına göndərilib və həmin məhsul partiyasının satışının qadağan edilməsi və satışdan kənarlaşdırılması ilə bağlı ticarət şəbəkəsinin rəhbərinə müvafiq göstəriş verilib. Uyğunsuzluq aşkar edilmiş digər 2 müəssisədə ("Bolluq LTD" MMC və fiziki şəxs Kərimov Cavid) təkrar plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulub. Məhsulların satışdan kənarlaşdırılaraq istehsalçıya geri qaytarılması və Agentliyə bu barədə məlumat verilməsi ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi məktub ünvanlanıb.
AQTA istehlakçıları bir daha məhsulları alarkən etiketində olan məlumatlara diqqət yetirməyə, aşağıdakı cədvəldə göstərilən əmtəə nişanlı və istehsal tarixli məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın "1003 Çağrı Mərkəzi"nə məlumat verilməsini xahiş edir. / azxeber.com

Sosial       Tarix: 12 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video axsam az xeberler son xeber meherremlik 2026