Azərbaycanda istirahət etmək istəyənlər bunu bilməlidir - Yeni qiymətlər
Bu il Azərbaycanda istirahət mərkəzlərində və hotellərdə ötən illə müqayisədə qiymətlərdə təqribən 20-25 faiz artım müşahidə edilir.
azxeber.com xəbər verir ki, bunu Trend-ə turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.
O, qeyd edib ki, indi istirahət mərkəzlərinə ən çox tələbat olan mövsümdəyik. "Eyni zamanda quru sərhədlərin bağlı qalması səbəbindən insanlar tətillərini əsasən Azərbaycanda keçirir və bununla əlaqədar tələbat yüksəksidir. Əlbəttə ki, bu vəziyyət qiymətlərin artmasına da səbəb olur", - deyə o, bildirib.
Ətraflı
Ekspert vurğulayıb ki, dünyada turist başına düşən xərclər artıb. "Təxminən 50 faizə yaxın artım var. Bu, nəqliyyat, enerji daşıyıcılarının qiymətlərinin artması, inflyasiya, qida xərclərinin artması ilə bağlıdır. Azərbaycanda da inflyasia var və bu da turizm parketlərininin qiymətlərinə təsir göstərir", - deyə o, əlavə edib.
Qeyd edək ki, bir sıra otellərdə ötən il 150-160 manata təklif edilən 4 nəfərlik otaqlar bu il 210-220 manat civarinda təklif edilir. Qiymətlərin mövsümün sonuna yaxın bir qədər ucuzlaşacağı ehtimal edilir. Hazırda tələbat yüksək olduğundan qiymətlər bir qədər yüksəkdir, lakin mövsümün sonuna doğru tələbat nisbətən azalacaq ki, bu da qiymətlərin ucuzlaşmasına imkan verəcək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi