Azərbaycanda iti insanların gözü qarşısında güllələyən şəxsin kimliyi bilindi
Şirvan şəhərində sahibsiz küçə itini gülllələyən şəxsin kimliyinə aydınlıq gəlib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov azxeber.com-a verdiyi məlumata görə, iti tüfənglə öldürən şəxs artıq müəyyən edilib və barəsində araşdırmalar aparılır.
Araşdırmalar zamanı məlum olub ki, Şirvan şəhəri Bülbül küçəsində yaşayan bir neçə sakin Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət edərək, küçədə sahibsiz gəzən bir itdə quduzluq əlamətləri olduğunu, sakinlərə və azyaşlı uşaqlara hücum etdiyi bildiriblər. Vətəndaşların müraciəti əsasında şəhər Kommunal Təsərrüfat İdarəsinin əməkdaşı Varis Quliyev həmin küçədə olub və ona təhkim olunmuş xidməti ov silahı ilə həmin iti zərərsizləşdirib.
Lakin V.Quliyevin əməlində İXM-nin 520-ci (yaşayış məntəqəsində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma) və 589-cu (xidməti silahın saxlanması, gəzdirilməsi və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulması) maddələrinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati icraat başlanılıb və araşdırmalar davam etdirilir.
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var