Azərbaycanda keçirilən COP29-la dünyada iqlim əməkdaşlığının yeni mərhələsi başlandı

Azərbaycanda keçirilən COP29-la dünyada iqlim əməkdaşlığının yeni mərhələsi başlandıNoyabrın 12-də Bakıda start götürən və təxminən iki həftə davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) nəhayət ki, başa çatdı. Dünya Azərbaycanın ev sahibliyində daha bir möhtəşəm tədbirə şahidlik etdi. Ölkəmiz həm təşkilatçılıq, həm də təhlükəsizlik baxımından qlobal əhəmiyyətli bu cür tədbirlərin keçirilməsi üçün ideal platforma olduğunu növbəti dəfə sübut etdi.
Təbiidir ki, Azərbaycanın bu uğuruna sevinənlər də oldu, yasa boğulanlar da. Xüsusilə də tədbirin baş tutmaması üçün əllərindən gələni edənlərin necə deyərlər, həvəsləri qursağlarında qaldı. Yəqin ki, onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirin açılışındakı çıxışı zamanı səsləndirdiyi aşağıdakı fikirləri hələ uzun müddət unuda bilməyəcəklər: "Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!".
Bəli, 200-ə yaxın ölkənin nümayəndələri Bakıya toplaşaraq dünyanın ən qlobal problemlərindən biri olan iqlim dəyişmələrini, onun bəşəriyyət üçün yarada biləcəyi təhlükələrin qarşısının alınması məsələlərini müzakirə etdilər. Yaxşı çıxışlar, maraqlı təkliflər dinlənildi, qızğın müzakirə və mübahisələr oldu ki, bu da tədbirin mahiyyətinə və müzakirə olunan məsələlərin xarakterinə təbii ki, uyğun idi.
Lakin bu müzakirələrdə iştirak etmək, yeni fikirlər və ideyalar yerinə, öz çirkin niyyətlərini bəyan etmək, qarayaxma kampaniyası aparmaq, "bulanıq suda balıq tutmaq" məqsədilə Bakıya gələnlər də var idi. Boykot taktikası baş tutmayınca, onlar tədbirlərə qatılıb məhz bu yolla Azərbaycanın gördüyü çox böyük işləri şübhə altına almağa, ölkəmizin imicinə xələl gətirməyə çalışdılar.
Bu sırada Bayden Adminstrasiyasının, Almaniyanın xarici işlər naziri Annalena Berbokun çıxış və bəyanatlarını xüsusilə qeyd etmək lazım gəlir.
Səsləndirdiyi fikirlər göstərdi ki, xanım Berbok Bakıya iqlim problemlərini müzakirə etmək üçün deyil, siyasi məsələləri qabardıb, dünya ictimaiyyətinin gözünə kül üfürməyə, təmsil etdiyi Avropa İttifaqının, bütövlükdə Qərbin sifarişlərini çatdırmaq üçün gəlib. Görünür rəsmi Bakının Aİ-yə, bu qurumun timsalında Fransaya, Niderlanda və başqa dövlətlərə ünvanlandığı sərt mesajlar, etdiyi haqlı tənqidlər həmin ölkələri ciddi narahat edib.
Belə çıxır ki, Avropa nə deyirsə, nə edirsə haqlıdır, digərləri isə yox. Avropa Şurası Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum edə bilər, Azərbaycan isə avropalı deputatların Bakıya səfərini bloklaya bilməz.
Avropa və bütövlükdə Qərb Azərbaycan torpaqlarının 30 il davam etmiş işğalını, haqları, hüquqları pozulmuş 1 milyondan çox qaçqın və köçkünün problemlərini görməzdən gələ bilər, Azərbaycan isə öz torpaqlarını işğaldan azad, Fransanın Yeni Kaledoniyadakı siyasətini, insan haqları ilə bağlı vəziyyəti tənqid edə bilməz. Avropa mitinqçiləri, etirazçıları döyə, əzə, itlərə yem edə bilər, Azərbaycan isə hansısa cinayət əməlinə görə kimlərisə həbs edə bilməz.
Bunun adı bilirsinizmi, nədir? Bunun adı riyakarlıq, ikiüzlülük və yumşaq desək, ikili standartlardır.
Lakin onlara daha bir "pis" xəbərimiz var.
COP29-da "Bakı maliyyələşdirmə məqsədləri" (Baku Finance Goal) adlı yeni iqlim maliyyə meyarının yaradılması ilə bağlı sıçrayışlı konsensus əldə edilib. Konsensusa görə, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin inkişafı üçün hər il 1,3 trilyon ABŞ dollarının səfərbər edilməsi nəzərdə tutulub. Yeni hədəfin əsas hissəsi inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün iqlim layihələrinə ildə ən azı 300 milyard dollar ayırmaq öhdəliyidir. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çoxdur.
Beləliklə, Azərbaycanın ev sahibliyində keçən COP29-la dünyada İqlim əməkdaşlığının yeni dövrü başlanır. Xeyirli-uğurlu olsun!
Fərid Şahbazlı
Siyasi şərhçi / azxeber.com

Sosial       Tarix: 25 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler sonxəbərlər cəbhədən xəbərlər bu gunun xeberleri