Azərbaycanda keçmiş bələdiyyə sədrinə cinayət işi açıldı
Azərbaycanda keçmiş bələdiyyə sədrinə cinayət işi açılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Hüseynov Əhəd Həsən oğlu xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməkdə təqsirli bilinir.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Məhəmməd Əkbərovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Zərərçəkmiş qismində Səbail rayon bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınır.
Qeyd edək ki, Əhəd Hüseynovun adı illər əvvəl də cinayət əməlində hallanıb. Belə ki, onun barəsində Səbail rayonu ərazisində qanunsuz torpaq satışı ilə məşğul olması ilə bağlı məlumatlar yayılmışdı.
1947-ci il təvəllüdlü Əhəd Hüseynov əslən naxçıvanlıdır, əvvəllər polis sistemində işləyib, istefada olan polis polkovnik-leytenantıdır. O, uzun müddət Səbail rayon bələdiyyəsinin sədri vəzifəsində işləyib. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var