Azərbaycanda kiberdələduzluq halları artıb - Saxta linklərdən necə qorunaq?

Azərbaycanda kiberdələduzluq halları artıb - Saxta linklərdən necə qorunaq?Son 1 ayda Azərbaycanda kiberdələduzluq hallarında ciddi artım hiss olunur.
Azərbaycan Respublikasi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi kiberdələduzluq hallarından biri də dövlət qurumları və ya ödəmə platformaları adından istifadə etməklə müəyyən adlar və bənzər domen nümunələrində yaradılmış saxta səhifələrlə bağlı məlumat yayıb.
Belə ki, kommunal xidmətlərin və ya cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan və sosial şəbəkələr vasitəsi ilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.
Yaradılmış saxta saytlar və onlarla aparılacaq mübarizə yolları haqda azxeber.com-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış texnobloger, Fərid Pərdəşünas bunun fişinq linkləri olduğunu, yaradılan saxta saytların orijinalı ilə eyni olduğunu bildirib:
Azərbaycanda kiberdələduzluq halları artıb - Saxta linklərdən necə qorunaq?"Bu saytlardan istifadə edən şəxslər domenə fikir versələr görəcəklər ki, tamamilə fərqli domenlərdi. Linkə keçid alan zaman isə ən çox ƏDV gerial ilə bağlı üç qat, dördqat bonus almaq,pul qazanmaq adı ilə vətəndaşlara belə linklər göndərilir və onların kart məlumatları oğurlanır. Vətəndaşlar mütləq şəkildə daxil olduqları linklərə keçid edən zaman həmin saytın strukturu ilə tanış olmalıdırlar, domeinə mütləq nəzər yetirməlidirlər. Bu zaman rəsmi qaynaq olub-olmaması sorğulanmalıdır. Təsadüfən qarşılarına reklam kimi çıxmış hər linkə klik edib öz şəxsi məlumatlarını və kart məlumatlarını oraya daxil etməməlidirlər.
İnformasiya Təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev azxeber.com-a açıqlamasında belə saytlar vasitəsilə insanları müxtəlif cür aldadaraq tora saldıqlarını deyiblər: 
Azərbaycanda kiberdələduzluq halları artıb - Saxta linklərdən necə qorunaq?"Saxta saytların sayının çoxalmasının səbəbi müxtəlifdir. Əslində, əvvəllər də bu tipli saytların sayı çox idi və hazırda da çoxalmağa davam edir. Bu tip saytların sayının çoxalması "Fishing növü" adlanır. Son zamanlar bu tip fişinglərin artmasına səbəb isə eyni növ fishinglərin artıq lokallaşması və Azərbaycana fokuslanmış olmasıdır. Əvvəllər əgər bu tip saytlar digər ölkələrdə keçirilirdisə və ya beynəlxalq səviyyədə idisə bu artıq daha da lokallaşaraq  Azərbaycanda daha da çoxalır. Bunun bir neçə növü mövcuddur. "Domen" adında müəyyən bir adın dəyişdirilməsi və ya saytın sonuna müəyyən bir əlavənin artırılması və s. kimi dəyişikliklər etmək mümkün olur. Çox vaxt orjinal saytın klonunu yaradırlar və bunun əsasında feyk sayt yaradırlar. Bununla belə insanları müxtəlif cür aldadaraq onları tora salırlar".
Mütəxəssis bildirib ki, bunun qarşısını almaq üçün sayta daxil olan insanlar bir az ayıq olmalıdırlar.: "Bu tip saytlara keçid edərkən ilkin olaraq saytın adı həqiqətən öz adıdırmı deyə nəzər yetirilməlidir. Sosial şəbəkədirsə, saytdan həmin sosial şəbəkəyə birbaşa giriş linki varmı? Bunları mütləq yoxlamalıdırlar. Əgər belə bir saytın olduğunu tapsalar, bunun qarşısını almaq üçün müxtəlif bloklanma üsulları var. Birincisi özləri o sayta daxil olmasınlar. Mesajı göndərən adamı bloka atsınlar. Daha sonra Dövlət tərəfindən yaradılmış layihə var ki, istifadəçilər o sayta daxil olaraq, hər hansı şübhələndikləri sayt haqqında report göndərə bilərlər. Nəticədə o sayt ölkə səviyyəsində bloklanmış olur".
Günel Hüseynli
Yazı Medianın İnkişafı Agentliyinin "İnformasiya və kommunikasiya texnalogiyalarının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Azərbaycanda kiberdələduzluq halları artıb - Saxta linklərdən necə qorunaq?

Sosial       Tarix: 23 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


son xeberler yeni xeberler azerbaycan xeberleri sosial yardim cəbhədən şad xəbər en son xeberler bu gun hava