Azərbaycanda koronavirusun yeni variantı yayılıb?
Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur.
KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev deyib.
O qeyd edib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:
"COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir".
"Vətəndaşlarımıza bildirmək istərdik ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir", – deyə həkim qeyd edib.
APA

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı