Azərbaycanda körpə həkim səhlənkarlığının qurbanı oldu - RƏSMİ
Şirvanda körpənin ölümü ilə bağlı cinayət işi başlanılıb, mama-ginekoloq barəsində iltizam qətimkan tədbiri seçilib.
Bu barədə Şirvan Şəhər Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Sabirabad rayon sakini Elnurə Binyətovanın 08.08.2022-ci il tarixdə "Şirvan Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində doğduğu yenidoğulmuş körpənin ölməsi faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin xəstəxanada mama-ginekoloq işləyən Fərqanə Qədirova doğuş prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə doğuşun təbii yolla yekunlaşdırılmasını qüsurla başa çatdırması nəticəsində yeni doğulmuş körpə ölüb.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Fərqanə Qədirova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var