Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanəti veriləcək

Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanəti veriləcək"Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi mexanizmi istifadəyə verilib".
KONKRET.az "Report"a istinadən xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov deyib.
"Fond tərəfindən qiymətli kağızlar bazarında aparılan təhlillər göstərib ki, bu sahədə olan əqdlərdə bir çox hallarda təminatla bağlı problem yaşadığı üçün sahibkarlıq subyektləri emissiya etdikləri istiqrazları yerləşdirə bilmirlər. Bunun nəticəsində istiqrazlara təminatların verilməsi mexanizmi üzərində işlərə başladıq və bu qaydalar artıq təsdiq edilib. Artıq ilk sahibkarlıq subyekti ilə danışıqlar aparılır və zəmanətlə bağlı müvafiq bildiriş göndərilib, sahibkarlıq subyekti ilə zəmanət müqaviləsi bağlanıb", – E. Kərimov bildirib.
Onun sözlərinə görə, mexanizmin mahiyyəti, bir növ əlavə borclanma üsulu olaraq formalaşdırılan məhsuldur: "Korporativ istiqrazlara zəmanət mexanizmi çərçivəsində Fondun təminatı 60%-ə qədərdir, çünki, bankların emissiya etdiyi istiqrazlardan fərqli olaraq daha riskli hesab olunur".
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 13.3% artaraq 1 milyard 421.876 milyon manat təşkil edib.

Sosial       Tarix: 25 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cəbhədən son dəqiqə kriminal xeber sou biznes