Azərbaycanda ləğv prosesində olan bankların əmlakları satışa çıxarıldı
Martın 9-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AG Bank", "Amrahbank" və "Gəncəbank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Bildirilir ki, söhbət "AG Bank"a məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, 1 ünvanında yerləşən 453,2 kvadratmetrlik fərdi yaşayış sahəsindən, "Amrahbank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 46 ünvanında yerləşən 38,9 kvadratmetrlik mənzildən, eləcə də "Gəncəbank"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 254 ünvanında yerləşən 72 kvadratmetrlik mənzildən gedir.
Əmlaklara müvafiq olaraq 220 min manat, 50 min manat və 180 min manat qiymət qoyulub.
Xatırladaq ki, "AG Bank"ın lisenziyası 2020-ci ilin mayın 12-dən, "Amrahbank"ın lisenziyası 2020-ci ilin aprelin 28-dən, "Gəncəbank"ın lisenziyası isə 2016-cı ilin yanvarın 22-dən ləğv olunub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu