Azərbaycanda lotereyada yarım milyonu qazanmış şəxsin - FOTOSU
Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı "Azərlotereya" ASC-nin təşkil etdiyi "4+4" tirajlı lotereyasında 530 359 manatlıq cekpot Saatlı sakini Sakin Hüseynova qismət olub.
43 yaşlı Sakin Hüseynov ustadır. Ara-sıra lotereyada bəxtini yoxlayan Sakin bəyə qonaq getdiyi Saatlıda şans üzünə gülüb. "4+4" lotereyasında 530 359 manatlıq cekpotun sahibi olub.
O, böyük həyəcan hissilə cekpotu əldə etmək üçün "Azərlotereya"nın uduşlu biletlərin qəbul edildiyi "Bakı KOB Evi"nə yollanıb. Daha sonra cekpot sahibi "Azərlotereya"nın baş ofisinə gələrək İdarə Heyətinin sədri Osman Karakuşla görüşüb.
Sevincini bölüşən şanslı qalib qazandığı pulla özünə ev və avtomobil alacağını, övladının velosipet arzusunu yerinə yetirəcəyini bildirib.
Qeyd edək ki, təxminən 4 ay öncə 913 072 manatlıq tarixi cekpot da "4+4" tirajlı lotereyasında qazanılmışdı. Növbəti cekpot məbləği isə 250 000 manatdır.
/ azxeber.com

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib