Azərbaycanda magistral yolu su basdı: DİN hərəkətə keçdi
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir:
"Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur".
09:57
Fövqəladə Hallar Nazirliyi Bakı-Ələt-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsini su basması ilə bağlı məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
09:09
Bakı-Ələt-Qazax-Gürcüstan yolunu su basıb.
Su kəmərində baş verən qəza suyun avtomobil yoluna daşmasına səbəb olub.
Bu səbəbdən yolda nəqliyyatın hərəkəti çətinləşib.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirilib ki, sözügedən ərazidə gecə saatlarında qəza baş verib:
"Kür-Bakı su kəmərinin Qaradağ rayonundan keçən hissəsində böyük qəza baş verib. Ətrafa böyük həcmdə su dağılıb. Su Bakı-Qazax yoluna çıxıb və nəqliyyatın hərəkətinə maneə yaranıb.
Qurum rəhbərliyi, qəza briqada heyəti gecə saatlarından ərazidədir. Xüsusi texnikalar, su kənarlaşdıran bütün nasoslar əraziyə cəlb olunub. İlkin olaraq əraziyə dağılan suyun təmizlənməsinə çalışırıq. Ardınca isə baş verən qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçiriləcək".
A.Cəbrayıllı qeyd edib ki, Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları əraziyə cəlb ediliblər. Suyu kənarlaşdırmaq üçün əraziyə FHN-in nasos qurğuları da cəlb olunacaq. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var