Azərbaycanda maska rejimi tətbiq ediləcək? - AÇIQLAMA
Qış aylarında respirator infeskiyaların sayı artır. Bu infeksiyalara qrip, COVID-19, eyni zamand, qızılca virusunu göstərmək olar.
azxeber.com xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib.
O qeyd edib ki, Azərbaycanda maska rejimin tətbiqi gözlənilmir.
"Maskadan istifadə hər bir şəxsin öz məsuliyyəti daxilində olan bir haldır. İstənilən şəxs virusdan qorunmaq üçün maskadan istifadə edə bilər. Eyni zamanda, gigiyena qaydalarına əməl edilməsi, ara məsafə gözlənilməsi xəstəliyə yoluxma riskini azaldan hallardır.
Maska istifadəsi də məcburi deyil. Sadəcə, ehtiyat tədbir kimi istifadə edilə bilər. Zaman-zaman insanlara maskadan istifadənin zərurətini daimi olaraq xatırladırıq. Düşünmürəm ki, maska rejimi tətbiq edilsə, xəstəlikdən tam qoruna bilərik.
Qrip, qızılca, COVID-19-dan qorunmağın yeganə vasitəsi peyvənd olunmaqdır. Sadəcə, bu yolla viruslardan qoruna bilərik. Digər gigiyenik qaydalar, ara məsafə saxlanılması, maskdan istifadə isə yalnızca yoluxma riskini azalda bilər", - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
DÇ-2026: Kanadadan 6 qollu qələbə
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Azərbaycanlı gənc Qara dənizdə boğuldu
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Məşhur aktyor həyat yoldaşı ilə YANARAQ ÖLDÜLƏR
Məşhur futbolçu Elburus İsmayılov VƏFAT ETDİ
Netanyahudan ABŞ-la bağlı ŞOK PLAN
Koçaryan Azərbaycana təhvil verilə bilərmi?
SON DƏQİQƏ: Paşinyan hərəkətə keçdi - Ermənistanın yeni prezidenti bu şəxs olacaq