Azərbaycanda məktəblər koronavirusa görə açılmayacaq? - Operativ Qərargah
Ölkədə koronavirusa yoluxma sayı gün keçdikcə artır. Yoluxma sayının artması insanları təşvişə salır. Sosial şəbəkələrdə və cəmiyyətdə artan yoluxma sayına görə tədris ocaqlarının sentyabrda açılmayacağı söylənilir.
Hər kəsi yeni tədris ilində distant təhsilə keçiləcəyi ilə bağlı sual maraqlandırır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Modern.az-a danışıb.
Ekspert bildirib ki, indidən məktəblərin açılmayacağını söyləmək olmaz:
"Koronavirus həm insanların sosial həyatına, həm də sağlamlığına mənfi təsir etdi. Ölkəmiz ən şiddətli dalğaların öhdəsindən gələ bildi. Artan koronavirus xəstələrinin sayına görə qapanmalar və s. oldu. Amma koronavirusdan daha çox təsirlənən təhsil sahəsidir. Dünyada, ölkəmizdə koronavirusa yoluxma sayı artır".
E.Süleymanovun sözlərinə görə, yoluxma artarsa, Operativ Qərargah müvafiq addımlar ata bilər:
"Əgər artım bu cür davam edərsə, Operativ Qərargah şagirdlərin sağlamlığını əsas tutaraq doğru qərarı verər. Onu da qeyd edim ki, iki il məktəbdən uzaq qalma şagirdlərin psixologiyasına çox təsir etdi. Məktəbdən uzun müddətli uzaq olmaq dərsin keyfiyyətinin aşağı düşməsinə, uşaqların diqqət probleminin pozulmasına gətirib çıxardı. Yoluxma sayı kəskin artmazsa, məktəblər açılmalıdır. Məktəblərin açılmaması ən son addım olmalıdır. Şəxsən onlayn tədrisə keçilməsini, məktəblərin bağlanmasını mən yaxşı qiymətləndirmirəm".

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var