Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq?

Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq?Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya ölkələri meymunçiçəyi (mpox) xəstəliyi ilə mübarizə üçün 3.6 milyon dozadan çox vaksin ayırıblar.
Bu məsələ ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, təkrar pandemiya elan olunacağı və məcburi vaksinasiyanın həyata keçiriləcəyinə dair narahatlıq artıb.
Azərbaycanda meymunçiçəyinə qarşı məcburi vaksinasiya ola bilərmi?
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan həkim-fitoterapevt Füzuli Hüseynovun sözlərinə görə, bu məsələ xəstəliyin gedişatından asılıdır.
O deyib ki, əgər virusun yayılma tempi sürətlənərsə, vaksinasiya məcburi olacaq:
"Meymunçiçəyinin yayılma tempi yavaş irəliləyərsə, peyvənd vurmaq könüllü ola bilər, amma sürətlə gedərsə, məcburi vaksinasiyaya keçmək mümkündür. Açığı, bu virus indiyə qədər olmayan bir xəstəlikdir. Bənzər xəstəliklər gələcəkdə daha da çoxalacaq. Çünki bununla paralel laboratoriyalar da inkişaf edir. Onların arxasında isə böyük miqdarda pullar dayanır. Mənim fikrimcə, bunun hamısı nəzarət altında olan əməllərdir. Sürət tempinin artması gözləniləndir. O halda isə vaksinasiya məcburi olacaq".
Həkim bu xəstəlikdən qorunma yollarını açıqlayıb:
"Bunlar hamısı virus infeksiyalarıdır. Bu tip virusların əksəriyyəti adətən hava-damcı yolu ilə yayılır. Amma meymunçiçəyinin təmas yolu ilə digər şəxsə keçdiyi deyilir. Təmas yolu ilə keçən infeksiyalarda o qədər də sürətli artım tempi olmur. Lakin yoluxma artarsa, bizim yeganə yolumuz immun sistemini gücləndirməkdən keçir. İmmun sistemimiz nə qədər güclü olsa, biz infeksiyanı qarşılayıb, yola da sala bilərik və heç bir problem olmaz".

Sosial       Tarix: 16 sentyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri oxu.az xeberler son.xeberler son xeberler bugun 2026 canli