Azərbaycanda MTK-lardan mənzil almaq vahid elektron platforma üzərindən mümkün olacaq
Azərbaycanda MTK-lardan mənzil əldə edən şəxslərin həmin korporativin üzvlük mərhələsindən başlayaraq üzv olması, payçı kimi daxil edilməsi, pay ödənişlərini etməsi, yekunda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsi vahid elektron sistem üzərindən həyata keçiriləcək.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.
O bildirib ki, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2324 nömrəli Fərmanından irəli gələrək bu məsələlərin həlli təmin ediləcək:
"Vətəndaş mənzil aldıqda onun mənzilin istismarına icazə verilmiş binadan olub-olmadığını görmək imkanınız olacaq. Çünki aidiyyəti dövlət qurumundan bu məlumat dataya ötürüləcək. Vətəndaş mənzili seçəcək, üzvlük məsələləri həll olunacaq, ödənişləri həmin sistem vasitəsilə edəcək, yekunda bu portaldan kənar hansısa bir mənzil satışı baş verə bilməyəcək. Olsa da, bu, vətəndaşın əmlak savadsızlığına görə ola bilər. Çünki qanunvericilikdə belə bir təkliflə çıxış etmək istəyirik ki, yekunda vətəndaşın həmin mənzilə çıxarış əldə edə bilməyi üçün bütün prosesləri bu elektron platforma çərçivəsində həyata keçirməsi zəruri olsun. Artıq bununla bağlı ölkə başçısı fərman verib. Həmin sistemin necə işləməsi, hansı strukturların ora inteqrasiya edilməsi və Mülki Məcəllə başda olmaqla bir çox aidiyyəti qanunvericilik aktlarının dəyişiklik paketi hazırlanacaq. Hazırda bu proseslər gedir. Çox güman ki, yaxın 2-3 ayda aidiyyəti qurumlara razılaşmaya təqdim olunacaq".
ƏMDX-nin rəisi əlavə edib ki, bununla da bütün proses vahid platforma üzərindən olacaq:
"O platformadan kənar MTK-lardan ev almaq mümkün olmayacaq. Bu platformada payçıların ayrıca elektron kabinetləri olacaq. Platformadan kənar heç bir mənzil satışı legitim hesab edilməyəcək. Bu istiqamətdə bizdən asılı olan bütün tədbirləri bu il yekunlaşdıracağıq".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR