Azərbaycanda niyə halal turizm yaradılmır? - FOTO

Azərbaycanda niyə halal turizm yaradılmır? - FOTOAzərbaycanda niyə halal turizm yaradılmır? - FOTO
Bir çox ölkələrdə halal turizm var. 
Aparılan araşdırmalara görə, müsəlmanlar səyahət üçün əsasən Dubay, Türkiyə, Qətər, Malayziya və digər bu kimi ölkələri seçirlər. 
Artıq müsəlman ölkələrin əksəriyyətində halal turizm yaradılsa da, Azərbaycanda hələ bu addım atılmayıb. 
Bir zamanlar ölkəmizdə turizmin bu növü barədə standartların hazırlandığı bildirilsə də, tətbiq edilməyib.
Bəs niyə ölkəmizdə halal turizm yaradılmır?
Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Oxu.Az-a bildirib ki, Azərbaycana gələn turistlərin arasında müsəlman ölkələrindən gələnlərin sayı nisbi çoxluq təşkil edir:
Azərbaycanda niyə halal turizm yaradılmır? - FOTO"Halal turizm məhsullarının formalaşması həmin ölkələrdən gələn turistlər üçün alternativ seçimlər təklif edə bilər. İlkin addım bu istiqamətdə standartların hazırlanması və halal sertifikatının verilməsi prosedurlarının müəyyənləşdirilməsidir. Bu istiqamətdə işlər davam etdirilir. Bu mənada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcrübəsinin öyrənilməsi məqsədəuyğun hesab edilir. Bununla belə, standartlar müəyyənləşdirildikən sonra sənaye də halal turizm məhsullarının yaradılması işində aktiv iştirak etməlidir".
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Oxu.Az-a açıqlamasında bildirib ki, son illər dünyada halal turizm konseptində hotellərin artması müşahidə olunur:
"Türkiyənin dənizkənarı bölgələrində belə hotellər fəaliyyət göstərir və uğurlu layihədir. Burada əsas məqam hovuzların, çimərlik ərazilərin kişi və qadınlar üçün ayrı olmasıdır. Eyni zamanda, qidaların halal olması və spirtli içkilərin olmaması əsas şərtidir".
Azərbaycanda niyə halal turizm yaradılmır? - FOTOEkspert bildirib ki, Azərbaycanda da halal turizmin yaradılması effektli ola bilər:
"Bizim ölkədə əksər qidalanma halal kəsimlərlə olur. Nəzərə alsaq ki, bizim dəniz imkanımız var. Sahibkarlarla bu məsələyə diqqət yetirsələr, uğurlu bir layihə olar. Çünki Azərbaycana ərəb ölkələrindən turistlərin gəlməsi çoxluq təşkil edir. Bu layihəni həyata keçirsək, çox uğurlu olar".
İlhamə Əbülfət 

Turizm       Tarix: 30 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun en son xeber maşın realiti şou maliyye xeberler bugun