Azərbaycanda oğul anasını 195 bıçaq zərbəsi ilə qətlə yetirdi

Azərbaycanda oğul anasını 195 bıçaq zərbəsi ilə qətlə yetirdi2023-cü il fevralın 10-u səhər saat 8 radələrində Bakının Xətai rayonunda 1977-ci il təvəllüdlü Solmaz Mansurova qətlə yetirilib.
Hadisə Sarayevevo küçəsi, ev 14, mənzil 63-də baş verib. Hadisə yerinə baxışda iştirak edən 2007-ci il təvəllüdlü Ziya Mansurov mətbəx bıçağı ilə anasını öldürdüyünü etiraf edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Solmaz Mansurovanın bədən səthində 195 ədəd bıçaq yarası aşkar edilib. Onun ölümünə kəskin qanitirmə səbəb olub.
KONKRET.az xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Solmaz Mansurova oğlu Ziya Mansurova daim şərəf və ləyaqətini alçaldıb fiziki ağrılar verib. Ziya bunun üçün qisas məqsədi ilə anasını öldürmək qərarına gəlib. O, fevralın 10-u səhər saat 6 radələrində yaşadıqları evin mətbəx otağından bıçağı götürərək, yataq otağına keçib və çarpayıda yatan qadına zərbələr vurmağa başlayıb.
Solmaz Mansurova xilas olunmaqdan ötrü, müqavimət göstərərək digər otağa qaçıb. Ancaq Ziya ona çatıb, bacılarının gözlərinin qarşısında həmin otaqda, anasının bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq anasını xüsusi amansızlıqla öldürüb.
İş üzrə dindirilmiş Ziya Mansurov bildirib ki, Xətai rayonunda yerləşən məktəb-liseydə 9-cu sinifdə oxuyur. Uşaqlıqdan anası tərəfindən pis rəftara məruz qalıb, ləyaqəti alçaldılıb, mütəmadi döyülüb:
"Bir dəfə Adil adlı sinif yoldaşımla telefonla danışan zaman anam üstümə qışqıraraq məni söydü. Bunu eşidən sinif yoldaşım qorxusundan telefonu söndürdü. Özəl şirkətdə mühafizəçi işləyən atam fevralın 9-u saat 18 radələrində gecə növbəsinə getmişdi. Həmin gün məktəbə gedib günorta qayıtdım. Evdə nahar edib hazırlığa yollandım. Evə qayıdandan sonra bir qədər telefonda oyun oynadım.
Əsəblərim gərgin olduğundan anamı öldürmək qərarına gəldim. Bütün gecə bunu fikirləşdiyim üçün yata bilmədim. Ayın 10-u səhər saat 6 radələrində yatdığım otaqdan çıxıb, mətbəxə keçdim. Bıçağı götürüb, anamın yatdığı otağa girdim və çarpayıda yatan Solmaz Mansurovanın başına və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirdim. Anam yuxudan ayılaraq qışqırıb bıçağı məndən almağa çalışdı. Müqavimət göstərirdi. Sonra anam bacılarımın yatdığı otağa qaçdı. Əlimdə bıçaqla onun arxasınca qaçdım. Səs-küyə oyanan bacılarım Nigara və Nərminə qarşımamalarını deyərək, həmin otaqda anama zərbələr vurmaqda davam etdim. Anam güclə ayaq üstə qalaraq əvvəl ayaqyoluna, sonra isə hamama qaçdı. Qapını bağlamağa çalışsa da, buna imkan vermədim. Hamam otağında yerə yıxılan anama yenə xəsarətlər yetirdim. Qadının səsi kəsildi və o, yerdə, hərəkətsiz vəziyyətdə qaldı. Sonra hamamdan çıxdı, halı pisləşmişdi. Atam, sonra isə təcili yardım briqadası ilə polis əməkdaşları gəldilər".
Əvvəl də anasını eyvandan itələyib yıxmaq istəyib
Zərərçəkmiş şəxsin hüquqi varisi Sabir Hüseynov ifadəsində göstərib ki, qızı Solmaz Faiq Mansurovla ailə həyatı qurub, nikahlarından 3 övladları dünyaya gəlib:
"Solmaz "8-ci kilometr" bazarında yerləşən qadın paltarları mağazasında satıcı işləyirdi. 2023-cü il fevralın 4-də Ziya anasını eyvandan itələyərək yerə yıxmaq istəyib, lakin Solmaz bundan yayındığı üçün oğlunun istəyi baş tutmayıb. Solmaz nə üçün belə hərəkət etdiyini soruşanda, oğlu guya zarafat etdiyini demişdi. Bu hadisəni Solmaz mənə zəngləşəndə danışıb. Bundan 6 gün sonra Ziya anasını yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə zamanı kürəkənim Faiq evdə olmayıb. Cinayəti gizlətməkdən ötrü Nigar atasına zəng edib, anasının özü-özünə bıçaq zərbələri vuraraq intihar etdiyini deyib. Lakin polis əməkdaşları hadisə yerinə gəldikdən sonra məlum olub ki, bu intihar hadisəsi deyil".
Şahid Faiq Mansurov bildirib ki, arvadı Solmaz çox əsəbi adam olub. Evdə və işlədiyi mağazada heç kəslə yola getməyib:
"Kiçik bir səbəb hövsələdən çıxmasına, məni, oğlumu və qızları söyməsi, hətta zor tətbiq etməsi üçün əsas olurdu. Bir dəfə mübahisə edən zaman mətbəx bıçağı ilə ayağıma xəsarət yetirmişdi. Amma Solmaz arvadım olduğu üçün polisə məlumat vermədim. Ziya məni anasından boşatdırmaq məqsədilə, anasının telefonunda saxta kişi profili yaratmışdı və qadının həmin şəxslə sevgi söhbətləri aparmasını göstərmişdi. Sonra oğlum telefonda olan yazışmaları mənə göstərdi. Mən də mətbəxdə olan Solmaza ismarışları göstərərək, kiminlə yazışdığını soruşdum. Arvadım bu yazışmaların ona aid olmadığını demişdi.
Fevralın 10-da səhər qızım Nərmin Solmazın telefonundan mənə zəng edərək, Ziyanın analarını öldürdüyünü bildirdi. Dərhal işdən çıxıb, evə gəldim. Mənzilə girəndə, qızların qonaq otağında divanda oturduqlarını, oğlumun isə ayaq üstə dayanıb ağladığını, Solmazı isə hamam otağında, yerdə uzanıqlı, qana bulaşmış vəziyyətdə gördüm. Yaxınlaşıb nəbzini yoxladım.
Ziyadan niyə öldürdüyünü? soruşanda, o ağlayaraq, cavab vermədi. Sonra zəng edib hadisə barədə qardaşıma və Gəncə şəhərində yaşayan qayınatama məlumat verdim".
Şahid Nigar Mansurova ifadəsində göstərib ki, anaları əsəbi, çox çılğın qadın olub, onları döyüb, təhqir edib, ataları ilə belə yola getməyib:
"Fevralın 10-da səhər bacımla qışqırıq səslərinə oyandıq. Yuxulu olduğumuz üçün heç nə anlaya bilmədik. Anamızın qardaşımın vurduğu bıçaq zərbələrindən yayınmağa çalışdığını gördük. Ziya bizi hədələyərək, hərəkətlərinə müdaxilə etməməyimizi və qonaq otağına keçib oradan çıxmamağımızı bildirdi. Qorxaraq bacımla qonaq otağına qaçıb qapını bağladıq. Bir müddətdən sonra anamın qışqırıq səsi kəsildi. Qonaq otağından çıxıb, anamızı hamam otağında uzanıb qaldığını gördük. Bundan sonra Nərmin atamıza zəng edərək, təcili evə gəlməsini dedi".
Məhkəmə iclasında Ziya Mansurov ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olmasını qeyd edib.
Prokuror təqsirləndirilən şəxsə 11 il cəza təyin edilməsini istəyib.
Məhkəmə nəticəyə gəlib ki, istintaq orqanı tərəfindən Ziya Mansurovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Məhkəmə onun yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib. Mansurovun cəzasını ağırlaşdıran hallar müəyyən edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə Ziya Mansurov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Məqaləyə dair fotomateriallar:
Azərbaycanda oğul anasını 195 bıçaq zərbəsi ilə qətlə yetirdiAzərbaycanda oğul anasını 195 bıçaq zərbəsi ilə qətlə yetirdiAzərbaycanda oğul anasını 195 bıçaq zərbəsi ilə qətlə yetirdiAzərbaycanda oğul anasını 195 bıçaq zərbəsi ilə qətlə yetirdiAzərbaycanda oğul anasını 195 bıçaq zərbəsi ilə qətlə yetirdi

Hadisə       Tarix: 08 oktyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Teleqraf-a istinadən xəbər verir ki, hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlin

14 yaşlı qız sirkə turşusundan zəhərləndi

Goranboyda 14 yaşlı qız sirkə turşusundan zəhərlənib. -a istinadla xəbər verir ki, hadisə rayonun Balakürd kəndində baş verib. 2012-ci il təvəllüdlü F. Kazımova zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib

Gəncədə bazarda qadın qətlə yetirildi, oğlu şübhəli bilinir

Gəncədə qətl hadisəsi baş verib. apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb. Belə ki, sözügedən bazardakı dükanlardan birində çalışan 1962-ci il təvəllüdlü L. Verdiyeva bıçaq xəsarət

Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)

Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. Trend-ə istinadən xəbər verir ki, hadisə İstisu yolunda qeydə alınıb. Quzeyçirkin kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev İbrahim Əbülfə

Paşa Şirinov vəfat etdi

Lerik rayonunda tanınmış şəxs olan Zenoni kənd orta məktəbinin direktoru Paşa Şirinov vəfat edib. qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddətdir səhhətində problem yaranan və Bakıda xəstəxanaya yerləşdirilən pedaqo

Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb. xəbər verir ki, hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb. Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onu

Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir

Kəlbəcərin dağlıq ərazilərində itkin düşmüş şəxslərlə bağlı operativ-axtarış tədbirlərinin işıqlandırılması davam etdilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmü

Mərmərə dənizində Türkiyə bayraqlı gəmi toqquşdu - biri batdı

Silivri sahillərində batan gəmidən hələlik sağ çıxan yoxdur. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Uraloğlu qeyd edib ki, qəza ilə bağlı ilk çağırı

Şirvanda ağır QƏZA: Ölən və yaralanan var - FOTO

Şirvanda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhərinin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" markalı yü


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber az son xeberler bugun 2026 azerbaycan xabarlar xeberler bugun 2026