Azərbaycanda Parlament niyə buraxıldı? - Deputat səbəbləri açıqladı

Azərbaycanda Parlament niyə buraxıldı? - Deputat səbəbləri açıqladı"VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi 3 ciddi səbəblə bağlıdır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin buraxılmasından və yeni seçkilərin keçirilməsindən danışarkən bildirib.
Azərbaycanda Parlament niyə buraxıldı? - Deputat səbəbləri açıqladıDeputat deyib ki, parlamentin buraxılmasının birinci və başlıca səbəbi yeni geosiyasi reallığın və ölkəmizin qədəm qoyduğu keyfiyyətcə yeni inkişaf mərhələsinin tələbidir:
"Bu, yeni geosiyasi reallığın və ölkəmizin qədəm qoyduğu keyfiyyətcə yeni inkişaf mərhələsinin tələbidir. Məlumdur ki, Vətən müharibəsi və antiterror tədbirlərində qazanılan zəfərlər Azərbaycan müstəqillik tarixində yeni bir dövr başlatdı. Yeni perioda keçidin təmin olunması üçün isə metodoloji olaraq xalqın seçkilərdə iradə ifadəsi zərurət idi və prosesə Prezident seçkilərindən başlandı. Azərbaycan hüquqi dövlət olduğu üçün qanunvericilik hakimiyyəti ölkənin yeni dövrə uğurlu transformasiyası prosesindən kənarda qala bilməzdi. Ən azı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində Parlament seçkilərinin keçirilməsi Konstitusiyanın 54, 55, 56 və 71-ci maddələrində təsbit olunmuş hüquq və azadlıqların qanunverici hakimiyyətə seçkilər fonunda təmin olunmasıdır. 
Məlumdur ki, Parlamentin buraxılması tələbi ilə hakim YAP-ın təmsilçiləri çıxış edib. 69 yerlə mütləq Parlament çoxluğunda olan partiyanın deputatlarının yeni seçkilərə getmək tələbi və o cümlədən 21 iyun tarixində Milli Məclisin bu tələbi dəstəkləməsi Milli Məclisin Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etməsi mühiti yaradır ki, bu da Konstitusiyanın 98¹-ci maddəsinə əsasən, növbədənkənar seçkilər üçün əsasdır".
Deputat hesab edir ki, növbədənkənar seçkilərin zərurəti mübahisə doğurmur: 
"Nəhayət, məlumdur ki, Konstitusiyaya əsasən, ölkədə noyabr ayında keçirilməsi planlaşdırılan Parlament seçkiləri Azərbaycan tarixinin ən irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi ilə üst-üstə düşür. COP29, Paris və Kioto Sazişlərinin Tərəflər Konfransının keçirilməsinin Azərbaycanın beynəlxalq öhdəliyi olduğunu nəzərə alsaq, eyni vaxtda həm bütün ölkəni əhatələyəcək seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsinin məqsədəuyğun olmadığı aydındır. Bu mənada, növbədənkənar seçkilərin zərurəti mübahisə doğurmur".
Millət vəkili AXCP sədri Əli Kərimlinin tənqidi fikirlərinə reaksiya verərək radikal müxalifəti seçkiləri yeni şans kimi görməyə çağırıb:
"Radikal antimilli kəsimin bu istiqamətdə hay-küyünə gəlincə, bu, sadəcə, ucuz populizmdir. Əslində, müxalifət hesab olunan qüvvə yeni seçkilərə yeni şans və iqtidara gəlmək üçün perspektiv imkan kimi baxmalıdır. Lakin, görünən odur ki, Əli Kərimli, Cəmil Həsənli kimi ünsürlər tarixin zibilliyində olduqlarını yaxşı başa düşürlər və anlayırlar ki, hər bir seçki onlar üçün növbəti fiasko deməkdir. Ona görə də diqqəti yayındırmaq üçün məntiqsiz arqumentlərlə gündəmi zəbt etməyə çalışırlar ki, bunun da heç bir əhəmiyyəti yoxdur.
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 01 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı TBMM sədrinin İslam Əməkdaşlı

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mozambik Respublika Assambleyasını

Rusiya Moldovaya NOTA VERDİ

Moldova səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, səfirə Moldovanın Vyana Konvensiyasını kobud şəkildə pozması səbəbindən verbal nota təqdim edilib

Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton görüşüb. xəbər verir ki

Qalibaf Azərbaycandadır - FOTO

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib. Milli Məclisdən -a verilən məlumata görə, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcə

Ruttenin xüsusi nümayəndəsi Azərbaycandadır

NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton Azərbaycanda səfərdədir. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə məlumat verib. Onun sözlərinə görə, K.Hamilton artı

Krım əhalisinin yanacaq tədarükü… - Kreml

Krım rəhbərliyi əhalini məlumatlandırır. Bu sistem mövcuddur. Kiyevin vəhşi hərəkətlərinin mənfi nəticələrini minimuma endirmək üçün intensiv işlər görülür. xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitr

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. xatırladır ki, Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərb

Trampdan İranla sazişi tənqid edənlərə qəribə tövsiyə

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanı tənqid edən şəxslərə, o cümlədən öz siyasi müttəfiqlərinə "maariflənməyi" tövsiyə edib. xəbər verir ki, Tramp bu barədə Pensilvaniy


son xeberler yeni xeberler azerbaycan xeberleri zelzele xeberler az axsam.az xeberler cəbhədən son xeber