İcra başçılarının maaşları açıqlandı - 4500, 5600 və 7650 manat

İcra başçılarının maaşları açıqlandı - 4500, 5600 və 7650 manatİqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda icra başçılarının maaşlarının bölgülərinə və real gəlirləri ilə həyat tərzləri arasındakı uyğunsuzluğa diqqət çəkib.
azxeber.com-un məlumatına görə, ekspert inzibati-ərazi vahidləri üzrə icra başçılarının aylıq maaşlarını paylaşıb.
Bakı şəhər icra başçısı – 7650 manat
Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat
Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)
Əhalisi 50–100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)
Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)
Natiq Cəfərlinin sözlərinə görə, bu məbləğlərdən 14% gəlir vergisi, 3% DSMF, 2% icbari tibbi sığorta, 0,5% işsizlik sığortası və YAP-a üzvlük haqqı tutulur.
Natiq Cəfərli bildirib ki, icra başçılarının maaşları 1 mart 2022-ci ildən artırılıb. Həmin tarixdən onların əsas maaşına 1,5 misli əlavə tətbiq olunur. Məsələn, 2022-ci ilə qədər Bakı şəhər icra başçısının maaşı cəmi 3060 manat idi:
"Məsələn, Xızı rayonunun icra başçısı 2012-ci ildən bu vəzifədədir. 2012–2022-ci illər arasında bütün tutulmalardan sonra ayda təxminən 1700 manat maaş alırdı. Hazırda isə bu məbləğ 3000 manat civarındadır. Amma sual yaranır: həmin şəxs bu gəlirlə necə dolanıb? Yaşadığı ev, sürdüyü avtomobil bu maaşa uyğundurmu?"
N.Cəfərli vurğulayıb ki, söhbət təkcə Xızı rayonundan getmir, istənilən rayonun icra başçısı ilə bağlı eyni suallar meydana çıxır. 

Siyasi       Tarix: 14 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeberler valyuta mezennesi 2026 xabarlar xeber.az bu gun