AccessBank Niderland İnkişafı Bankından $25 mln kredit cəlb edib
Azərbaycanın mikro, kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsində ixtisaslaşmış aparıcı maliyyə institutlarından biri olan AccessBank, Niderland İnkişafı Bankı (FMO – Nederlandse Financierings-Maatschappij voor Ontwikkelingslanden N.V.) ilə 25 milyon ABŞ dolları məbləğində üçillik kredit müqaviləsinin imzalandığıı elan edir.
Bu vəsaitlər Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsinə sərf olunacaq, xüsusilə qadınlar, gənclər və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların maliyyə imkanlarının genişləndirilməsinə töhfə verəcək. Bu təşəbbüs tam şəkildə "Bərabərsizliyin azaldılması" proqramının prinsiplərinə uyğun təsnifləşdirilib və ayrılan vəsaitin 100%-i ölkədə inklüziv və davamlı iqtisadi inkişafın təşviqinə yönəlib.
FMO – Niderland İnkişaf Bankıdır. İrimiqyaslı təsir investoru kimi FMO inkişaf etməkdə olan ölkələrdə və yeni bazarlarda dayanıqlı özəl sektorun inkişafını dəstəkləyir, həmçinin ambisiyalı layihələrə və sahibkarlara sərmayə yatırır.FMO inanır ki, güclü özəl sektor iqtisadi və sosial inkişafın əsasını təşkil edir. Bank 55 ildən artıq təcrübəyə malikdir və sahibkarları gücləndirməklə yerli iqtisadiyyatların daha inklüziv, məhsuldar və davamlı olmasına töhfə verir. FMO yüksək inkişaf təsirinə malik üç əsas sektora fokuslanır: kənd təsərrüfatı, qida və meşə təsərrüfatı; enerji; maliyyə institutları. Bankın ümumi portfeli təxminən 13,5 milyard avro təşkil edir və 85-dən çox ölkəni əhatə edir. FMO bu göstəricilərlə dünyada ən iri ikitərəfli özəl sektor inkişaf banklarından biri hesab olunur. Ətraflı məlumat üçün: www.fmo.nl
Bu əməkdaşlıq vasitəsilə AccessBank Azərbaycanda sahibkarlığın dəstəklənməsi, "yaşıl" təşəbbüslərin inkişafı və dayanıqlı iqtisadi artımın təşviqi istiqamətindəki missiyasını daha da gücləndirir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır