Azərbaycanda qəribə hadisə: sürücü ilə icra hakimiyyəti

Azərbaycanda qəribə hadisə: sürücü ilə icra hakimiyyətiSiyəzən sakinin başına tragikomik hadisə gəlib. O iddia edir ki, avtomobil ilə hərəkətdə olan zaman yola tökülən qum onun qəzaya düşməsnə səbəb olub. Özü xəsarət alan, maşını əzilən sakinin ona dəymiş ziyanın ödəilməsini tələb edir.
azxeber.com "Xəzər" TV-yə istinadən xəbər verir ki, Siyəzən rayonunda bir müddət öncə yol nəqliyyat hadisəsi baş verib. Sürücü iddia edir ki, qəzaya səbəb o yox, yola tökülən qum-çınqıldır.
Belə ki, Siyəzən şəhər sakini oktyabrın 18-də şəhərin Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi törədib. Hadisə yerinə polis əməkdaşları da gəlib. Ancaq sürücü qəzaya səbəb qum və çınqılın olmasını göstərir. Əgər yolda çınqıl topası olmasaydı qəza törətməyəcəyini iddia edir.
Prospektdə təmir işləri getdiyinə görə yolun kənarındakı hasarda da bərpa işləri aparılır. Çınqıl materialları isə yolun kənarına töküldüyünə görə sürücü digər avtomobilə yol verərək minik avtomobilini çınqıl topasının üstünə çıxardıb və maşını aşırdıb.
Sürücü Elman Əliyev bildirir ki, qəzada özü də xəsarət alıb və avtomobilinə 1500 manat dəyərində ziyan dəyib.
Məsələ ilə bağlı Siyəzən rayon Polis şöbəsi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin Quba Regional qrupunun mətbuat xidmətinin rəhbəri Xəyal Talıbov bildirdi ki, məsələ araşdırıllr və hüquqi qiymət veriləcək. Siyəzən rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq.Qrumdan isə bildirilib ki, məsələnin onlara heç bir aidiyyatı yoxdur.

Sosial       Tarix: 31 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az ən son xeberler azerbaycan son xeber bugun cəbhədən son görüntülər