Azərbaycanda qış turizm mövsümünə start verilib
Azərbaycanda qış turizm mövsümünə start verilib
16-17 dekabrda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün "Şahdağ" Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.
Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Tədbir çərçivəsində media nümayəndələrinə "Şahdağ" Turizm Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinə dair video təqdimatı nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən "Şahdağ" Turizm Mərkəzi" QSC-nin sədri Rüstəm Nəcəfov bu qış mövsümündən xizək həvəskarları üçün uzunluğu 1800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamacın istifadə verildiyini, eyni zamanda kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayının 449-dan 488-ə çatdırıldığını bildirib.
O, həmçinin bu il "Şahdağ" Turizm Mərkəzinin qlobal turizm bazarlarına çıxış imkanlarının genişləndirilməsi və turist cəlbediciliyinin artırılması məqsədi ilə Rusiya, Qazaxıstan və Özbəkistanın dağ kurortlarını özündə birləşdirən Avrasiya Dağ Kurortları Alyansına üzv seçildiyini və gələcəkdə bu əməkdaşlığın Azərbaycanın qış turizminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.
Tədbirdə media nümayəndələrinə 2024-cü ilin mart ayında Şahdağda ilk dəfə olaraq xizək alpinizmi üzrə Beynəlxalq Xizək Alpinizm Federasiyasının ("ISMF") beynəlxalq seriya yarışının keçiriləcəyi haqqında məlumat verilib.
Təqdimat zamanı "Şahdağ" Turizm Mərkəzinin əsas hədəfinin yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, xüsusilə Şahdağı təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi olaraq təbliğini genişləndirməkdən ibarət olduğu diqqətə çatdırılıb.
Mediaturda KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. İki günlük tədbir çərçivəsində KİV nümayəndələri hotellər, turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr ilə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif attraksionlar və qış əyləncələrindən istifadə ediblər.
Mediatur çərçivəsində, həmçinin qış mövsümünün açılışı ilə əlaqədar olaraq Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən dəvət olunan 90-a yaxın turizm nümayəndəsi və bloqerlər, həmçinin xarici tərəfdaş kurortların 12 üzvü iştirak edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayından dekabr ayının 15-ə kimi "Şahdağ" Turizm Mərkəzində hotellərdə gecələyənlərin sayı 67 821 nəfər, mərkəzə səfər edən qonaqların ümumi sayı isə 158 506 nəfər təşkil edib. / oxu.az

Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Estoniyalı nazir: "Putin müharibəyə son qoya bilər, amma bunu etmir
"Yeni səhifə açdıq" – Estoniyalı nazir Azərbaycana səfərinin məqsədini açıqladı
Pensiyalarla bağlı mühüm açıqlama – Artım belə olacaq
Elçilikdə "yox" dedilər, biədəb şəkillərini qızın atasına göndərdi
42 yaşlı rəis qəfil öldü
"Sabah" - "Barselona" oyununda azarkeşin ölümü: Rusiya səfirliyi hərəkətə keçdi
Türkiyə BU ÖLKƏLƏRLƏ birgə hərbi qərargah yaradır — Detallar açıqlandı
Avropada 1,6 trilyon avroluq büdcə davası – liderlər razılaşa bilmirlər
Azərbaycan - Ermənistan "Sülh körpüsü" dialoqunun beşinci görüşü başa çatdı
"Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Mehdiyev evindən çıxan 17 milyondan danışdı: "Pulları öz zəhmətimlə yığmışam
Valeh Ağayev vəfat etdi
Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib
57 yaşlı Cennifer Lopez belə formada qalır