Azərbaycanda qiymətləndiricilərin ixtisas imtahanı hansı formada aparılacaq?

Azərbaycanda qiymətləndiricilərin ixtisas imtahanı hansı formada aparılacaq?Oktyabrın 27-də Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə Mərkəzin internet saytında "Şəxsi kabinet" yaratmalı və 11 sentyabr saat 12:00-dan 7 oktyabr saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc azxeber.com-a açıqlamasında sözügedən imtahan və onun sektora gətirəcəyi yeniliklərlə bağlı fikirlərini bölüşüb:
"Dövlət İmtahan Mərkəzi (DİM) AQC-də təmsil olunan İqtisad Universiteti və digər ali tədris müəssisələrinin mütəxəssislərindən ibarət Ekspertlər Şurası tərəfindən hazırlanmış tədris proqramı ilə bu imtahana start verib. Tədris proqramı DİM-in saytında qeyd olunub. Proqram 9 istiqamət üzrə müddəaları özündə əks elətdirir. Bu istiqamətlərdə müəyyən olunmuş proqrama uyğun şəkildə sual bankı yaradılır. Hazırda mütəxəssislərimiz tərəfindən sual bankı formalaşdırılır. Bu sual bankı formalaşdırıldıqdan sonra imtahanın keçirilməsi baş tutacaq".
V.Oruc bildirib ki, imtahanı uğurla verən iddiaçılara qiymətləndirici şəhadətnaməsi veriləcək:
"İmtahanda 30 sual olacaq. Maksimum nəticə 60 baldır. 60 baldan 30 və ya daha artıq bal əldə edənlər qiymətləndirici şəhadətnaməsini alacaqlar. Bundan sonra Qiymətləndiricilər Palatası formalaşdırılacaq. Palata həmin imtahandan keçmiş minimum 15 qiymətləndirici tərəfindən formalaşdırılır. Qiymətləndirmə fəaliyyəti haqqında qanuna müvafiq olaraq həmin Palata üzvlərindən sədr, müavinlər və rəyasət heyətinin üzvləri seçilir. Bununla da qiymətləndirmə sektoruna rəhbərlik Qiymətləndiricilər Palatası vasitəsilə aparılacaq".
V.Oruc Palatanın yaradılmasının təmsil etdiyi sektor üçün mühüm addım olacağını vurğulayıb:
"Uzun müddətdir AQC olaraq sektordakı müəyyən özbaşnalıq və neqativ halların aradan qaldırılması üçün inzibati alətlər arzulayırdıq. Bu alətlər sektorun tənzimlənməsi üçün vacib əhəmiyyət kəsb edirdi. 2022-ci ildə AQC-nin sədri seçilərkən öz seçki platformamda qeyd etmişdim ki, qısa müddətdə Qiymətləndirmə Palatasının yaradılması və sektorda tənzimləmə səlahiyyətinin bu quruma verilməsi üçün əlimizdən gələni etməyə çalışacaq və bu istiqamətdə təkliflərimizi müvafiq instansiyalara təqdim edəcəyik. Dövlətimizin bu sahəyə xüsusi diqqətinin göstəricisidir ki, ötən ilin 30 dekabrında Prezident İlham Əliyev tərəfindən qiymətləndirmə haqqında yeni qanun təsdiqləndi. Artıq bu istiqamətdə real addımlar atılır. Bu real addımların arxasında AQC, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, DİM, Ədliyyə Nazirliyinin aylarla ardıcıl formada apardığı əməkdaşlıq dayanır. Bu əməkdaşlığın nəticəsində çox mükəmməl bir imtahan proseduru təşkil olunub. Mütəxəssislərimiz yüksək səviyyədə proqram tərtib edib. Proqramı bu istiqamətdə həm pedoqoji, həm də praktiki fəaliyyəti həyata keçirən şəxslər hazırlayıb. AQC-nin rəhbərliyində təmsil olunan şəxslər, əsasən də İqtisad Universitetinin müəllim heyəti tərəfindən tərtib olunan bu proqram dövrün tələblərinə və elmi-pedaoqoji tələblərə tam cavab verir".
V.Oruc deyib ki, belə imtahanın keçirilməsi və Palatanın formalaşdırılması qiymətləndirmə sektorunun yenidən və peşəkar səviyyədə təşkili üçün böyük imkanlar yaradacaq:
"Artıq peşəkar fəaliyyəti olmayan şirkət və ya təşkilatlar qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Bu, müasir dövrün tələbi, o cümlədən Azərbaycanda maliyyə şəffaflığı, maliyyə hesabatlılığı və güclü iqtisadiyyatın qurulması istiqamətində Prezidentin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Belə bir imtahanın keçirilməsi, Palatanın yaradılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi imkanlarını Azərbaycan rəhbərliyi, xüsusilə də Prezident tərəfindən bizim üçün yaradılmış böyük şans hesab edirik. Qiymətləndirmə sektorunun daha da inkişafını təmin etmək, mövcud neqativ halları aradan qaldırmaq üçün bu şansdan istifadə etmək qərarındayıq. Bu prosesdə yaxından əməyi olan insanların, qurumların təmənnasız dəstəyi xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, beynəlxalq arenada tələblərə cavab verən qiymətləndirmə sektorunun Azərbaycanda formalaşdırılması çox mühüm addımdır və son dövrlər əldə etdiyimiz uğurların ən böyüyüdür".
V.Oruc AQC-nin son dövrlər şirkətlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaf sertifikatlaşdırma imtahanlarının keçirilməsi, dövlət qurumları ilə əlaqələrin qurulması istiqamətində ciddi addımlar atdığını diqqətə çatdırıb:
"Beynəlxalq çərçivədə münasibətlərimiz inkişaf edib. Ayrı-ayrı ölkələrin qiymətləndiricilər birlikləri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi bağlamışıq. Beynəlxalq birlik statusu olan Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasını təsis etmişik və hazırda Azərbaycan bu quruma rəhbərlik edir. Ən böyük uğurumuz isə Azərbaycanda qiymətləndirmə fəaliyyəti haqqında yeni qanunun qəbulu və bundan irəli gələrək imtahanların keçirilməsi, tədris proqramının hazırlanması, sual bankının yaradılmasıdır. Yekun olaraq Qiymətləndiricilər Palatasının yaradılması ilə bağlı işlərin aparılması bizim ardıcıl uğurlarımızın bariz nümunəsidir".
Qeyd edək ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna və Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən ölkəmizdə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin formasının verilməsi DİM tərəfindən həyata keçirilir. Qiymətləndirmə faliyyəti ilə məşğul olmaq istəyən şəxs ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. İxtisas imtahanı yuxarıda qeyd olunmuş 9 istiqamət üzrə 27 oktyabr 2024-cü il tarixində DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.

Sosial       Tarix: 13 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun cəbhədən son durum axsam az xeberler cəbhədən görüntülər